İQTİSADİYYAT


Dmitri Medvedyev: Xəzər dənizi böyük turizm potensialına malikdir

Moskva, 12 avqust, AZƏRTAC

Rusiyanın Baş Naziri Dmitri Medvedyev Xəzər dənizinin böyük turizm potensialına malik olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Dmitri Medvedyev Türkmənbaşı şəhərində keçirilən Xəzər İqtisadi Forumunda çıxışı zamanı vurğulayıb ki, Xəzər dənizi hövzəsində turizmi inkişaf etdirmək üçün yeni infrastruktur yaradılmalıdır.

Baş Nazir qeyd edib ki, Xəzər regionunun gözəl təbiəti, zəngin tarixi və mədəniyyəti buranın populyar turizm istiqamətlərindən birinə çevrilməsinə imkan yaradır. Ekspertlərin hesablamalarına görə, Xəzər sahillərində hər il bir milyona yaxın turist istirahət edə bilər. D.Medvedyevin fikrincə, bunun üçün əlavə infrastruktur tikilməli, rəqabətqabiliyyətli turizm məhsulları, o cümlədən liman şəhərlərinə həsr olunmuş səyahət marşrutları tərtib edilməlidir.

Rusiya hökumətinin başçısı Həştərxan gəmiçilərinin “Pyotr Veliki” gəmisini artıq suya buraxdıqlarını və gəmidə tamamlama işlərinin getdiyini deyib. Onun sözlərinə görə, gəmi ilk səyahətə gələn il çıxacaq, Xəzəryanı dövlətlərin limanları, yaxud Xəzər dənizi, Qara dəniz və Azov dənizi boyu marşrutu üzrə hərəkət edəcək.

Xəzəryanı dövlətlər arasında əmtəə dövriyyəsinin bir neçə dəfə artırılacağını vurğulayan D.Medvedyevin sözlərinə görə, Rusiya ilə Xəzəryanı dövlətlər arasında əmtəə dövriyyəsi son illər 3,5 faiz artıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.