SİYASƏT
Dneprdən təxliyə olunan Könül Ağamalıyeva: Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının lideri olduğunu yenidən sübut etdi

Kişineu, 26 mart, AZƏRTAC
Bu gün Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının Prezidenti, lideri olduğunu öz əməlləri ilə yenidən sübut etdi. Ukraynada hərbi əməliyyatlar başlayan andan burada yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin qayğı və diqqətini hiss edib.
Bu fikri AZƏRTAC-a müsahibəsində Dnepr şəhərindən Moldovanın Kişineu şəhərinə təxliyə olunan Dneprdə Azərbaycan dili həftəsonu orta məktəbin müəllimi Könül Ağamalıyeva söyləyib.
Onun sözlərinə görə, 5 gün öncə Dneprdən təxliyə olunaraq Odessaya, oradan isə Kişineuya gəlib. Buradan isə Vətənimizə təxliyə olunacaq.
“Bizi Odessada diaspor fəallarımız, Kişineuda isə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov böyük dəstək olub. Bu işdə dəstəyi olan hər kəsə təşəkkür edirəm. Biz hamımız bir yerdə olsaq, bütün çətinliklərdən çıxa biləcəyik. Biz Birinci və İkinci Qarabağ müharibəsini yaşamışıq, bu çətin sınaqdan da uğurla çıxacağımıza inanıram”, - deyə Könül Ağamalıyeva əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu