CƏMİYYƏT
Dohyun Kim: Dünyada ilk dəfədir ki, bu qədər skaut bir araya gəlib VİDEO
Bakı, 16 avqust, AZƏRTAC
Bakıya ilk dəfədir gəlməyimə baxmayaraq, burada özümü çox rahat hiss edirəm. Açığını deyim, getdiyim çox az şəhərdə belə xoş hisslər yaşayıram. Buna görə də Dünya Skaut Konfransının Bakıda keçirilməsindən çox şadam.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində 41-ci Dünya Skaut Konfransının Koreya Respublikasından olan iştirakçısı Dohyun Kim deyib.
Bakı konfransının mükəmməl səviyyədə təşkil edildiyini deyən koreyalı skaut bildirib ki, Dünya Skaut Hərəkatını daha da genişləndirmək və bu hərəkata daha çox gənc cəlb etmək lazımdır. Bakı konfransında bu istiqamətdə ətraflı müzakirələr aparılır. Bu konfrans iştirakçıların və dünyanın hər yerindən təmsil olunan milli skaut təşkilatlarının rekord sayına görə əvvəlkilərdən fərqlənir. Dünyada ilk dəfədir ki, bu qədər skaut bir araya gəlib. Konfransın təşkilinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarıq.
Dohyun Kim deyib ki, o, Bakıdan əvvəl Qəbələdə olub. Qəbələnin də çox gözəl təbiəti var. Koreyalı skaut Azərbaycandan ölkəsinə çox gözəl təəssüratlara qayıdacağını söyləyib.