ELM VƏ TƏHSİL


Doktoranturaya xarici dil üzrə qəbul imtahanına namizədlərin qeydiyyatı sabah başa çatır

Bakı, 12 iyun, AZƏRTAC

2021-2022-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı sabah başa çatır.

AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 7-dən 13-dək 2021-2022-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatını elan edib. İmtahanda iştirak etmək üçün qeydiyyat onlayn formatda aparılır. Bu günə olan məlumata görə, 726 namizəd (Azərbaycan - 653, rus – 73) ərizəsini təsdiqlədib.

Qeyd edək ki, doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının 2021-ci il iyunun 20‑də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 21-dən etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.