ELM VƏ TƏHSİL


Doktoranturaya xarici dil üzrə qəbul imtahanında iştirak üçün 221 namizəd ərizəsini təsdiqlədib

Bakı, 13 oktyabr, AZƏRTAC 

2020-2021-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 9-da elan olunmuş qeydiyyat davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 20-dək aparılacaq. Bu müddət ərzində 2020-ci ilin sentyabr-oktyabr aylarında ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda keçirilən sənəd qəbulu kampaniyası dövründə doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini Azərbaycan Respublikasının doktoranturalar yaradılmış ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına təqdim etmiş iddiaçılar DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. Bu günə olan məlumata görə, imtahanda iştirak etmək üçün 221 nəfər (Azərbaycan bölməsi - 197, rus bölməsi – 24) ərizəsini təsdiqlədib. İmtahanda iştirak ödənişlidir. Namizədlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 90 (doxsan) manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (90 manat) silinir.

Xatırladaq ki, doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanı proqramları Azərbaycan və rus dillərində, həmçinin imtahanının məzmunu və strukturu haqqında məlumat DİM-in internet saytında yerləşdirilib. Xarici dillər üzrə qəbul imtahanının tarixi haqqında yaxın günlərdə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.