DÜNYA


Donald Tramp “Forbes”in reytinqində 119 mövqe geriləyib

Bakı, 10 oktyabr, AZƏRTAC

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp “Forbes” jurnalının tərtib etdiyi ABŞ-ın ən varlı insanları reytinqində son il ərzində 16 pillə geriləyib.

AZƏRTAC “Forbes” nəşrinə istinadla xəbər verir ki, Ağ evin rəhbəri yeni siyahıda 275-ci yerdə qərarlaşıb. Donald Tramp prezident postunda işlədiyi dövr ərzində ümumilikdə 119 mövqe itirib.

Artıq ikinci ildir ki, Amerika prezidentinin varidatı 3,1 milyard dollar təşkil edir.

ABŞ-ın ən varlı şəxsləri reytinqində ilk üç yerin sahibi isə dəyişməz qalıb. Siyahıda ilk yeri “Amazon” kompaniyasının qurucusu Ceff Bezos tutur - 114 milyard dollar. Reytinqin ikinci pilləsində “Microsoft” kompaniyasının banisi Bil Qeyts (106 milyard dollar), üçüncü pilləsində isə sərmayəçi Uorren Baffet (80,8 milyard dollar) qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.