İQTİSADİYYAT


Doqquz ayda dəniz nəqliyyatı ilə daşınan yüklərin dəyəri 555 milyon dollardan çoxdur

Bakı, 13 oktyabr, AZƏRTAC

2018-ci ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 755 min 992 ton yük daşınıb ki, bu yüklərin dəyəri 555 milyon 642 min ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, doqquz ayda dəniz nəqliyyatı ilə ixrac olunan 190 min 483 ton yükün dəyəri 88 milyon 771 min dollar təşkil edir. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 565 min 509 ton, dəyəri isə 466 milyon 870 min dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.