İDMAN


Dördnövçülük üzrə yarışın qalibləri müəyyənləşib

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə dördnövçülük üzrə yarış keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, qızlar arasında Xətai rayonu 245 nömrəli tam orta məktəbin komandası birinci olub. Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, Nərimanov rayonu 200 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü pillədə başa vurublar.

Oğlanların mübarizəsində Yasamal rayonu 13 nömrəli tam orta məktəbin komandası qızıl, Binəqədi 244 nömrəli tam orta məktəbin kollektivi gümüş, Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin şagirdləri bürünc medala sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.