CƏMİYYƏT


Dövlət Agentliyinin nümayəndə heyəti GITEX Texnologiya Həftəsində iştirak edib

Bakı, 9 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti "GITEX 2019" Texnologiya Həftəsində iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərində səfərdədir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, "GITEX" Texnologiya Həftəsi informasiya-kommunikasiya texnologiyaları və innovasiyalar sahəsindəki dünya üzrə son nailiyyətlərin ən böyük və mötəbər sərgilərindən biridir. Sərgi dünyanın 140-dan çox ölkəsindən 4500-dən çox iştirakçını bir araya gətirib.

Səfər çərçivəsində nümayəndə heyəti "Dubai Smart Government" və Dubay polisinin rəhbər vəzifəli şəxsləri ilə görüşüb. Həmçinin rəqəmsal hökumət sahəsində məlumat mübadiləsi, startap layihələrinin tətbiqi və inkişafı, “ASAN xidmət” modelinin, rəqəmsal və elektron hökumət həllərinin tətbiqi üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.

Dubay Ticarət Palatasında keçirilmiş görüşdə rəqəmsal hökumət və innovasiyalar sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı məlumat mübadiləsi aparılıb.

"Dubai Startup Hub" ilə keçirilmiş görüşdə "fintech" şirkətlərinin təqdimatları ilə tanışlıq həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.