Dövlət Dumasında “Rusiya və Türkiyə: strateji əməkdaşlıq istiqamətləri” mövzusunda “dəyirmi masa” keçirilib
AzerTAg.az

Moskva, 28 sentyabr, AZƏRTAC
Rusiya Dövlət Dumasında “Rusiya və Türkiyə: strateji əməkdaşlıq istiqamətləri” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin Rusiyadakı səfiri Hüseyn Dirigöz, Ədalət və İnkişaf Partiyasının deputatı Mətin Gündoğdu, Dövlət Dumasının “Spravedlivaya Rossiya” fraksiyası rəhbərinin müavini Aleksey Çepa, Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov, Dövlət Dumasının deputatları, politoloqlar və başqaları iştirak ediblər.
Türkiyənin Moskvadakı səfiri Hüseyn Dirigöz çıxışında qeyd edib ki, iki ölkə arasında əlaqələrin 500 ildən çox yaşı var. Türkiyə və Rusiya liderlərinin səyləri nəticəsində münasibətlər daha da sürətlə inkişaf etməyə başlayıb. Hazırda Türkiyə və Rusiya təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də humanitar sahələrdə əlaqələri inkişaf etdirir.
Digər çıxış edənlər vurğulayıblar ki, iki ölkə hərbi-texniki, iqtisadi sahələrdə böyük layihələr həyata keçirir. Suriya münaqişəsinin həlli istiqamətində birgə səylər öz müsbət nəticəsini verir.
Tədbir iştirakçıları Azərbaycan, Türkiyə və Rusiya geosiyasi üçbucağının perspektivlərindən də danışıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var