CƏMİYYƏT


Dövlət Fitosanitariya Xidmətinin ekspert qrupu Latviyada kurslarda iştirak edir

Riqa, 6 dekabr, AZƏRTAC

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Dövlət Fitosanitariya Xidmətinin müfəttişləri və laboratoriya ekspertlərindən ibarət 24 nəfərlik qrup BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyinin (FAO) layihəsi çərçivəsində dekabrın 3-dən 14-dək Latviya Fitosanitariya Xidmətində keçirilən fitosanitariya kurslarında iştirak edir.

Azərbaycanlı ekspertlər burada Rusiya, Qazaxıstan, Finlandiya və Ukraynadan gəlmiş həmkarları ilə təcrübə mübadiləsi aparır, həmçinin keyfiyyətin idarəolunma sistemi üzrə biliklər əldə edirlər.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.