İQTİSADİYYAT
Dövlət Gömrük Komitəsinin sədri Qaxda vətəndaşlarla görüşəcək
Bakı, 24 may, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev mayın 27-də saat 11:00-da Qax rayon Heydər Əliyev Mərkəzində (Qax şəhəri, Nəriman Nərimanov küçəsi 10) Qax və Şəki rayonlarından olan vətəndaşları qəbul edəcək.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı Qax və Şəki rayonları sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.