ELM VƏ TƏHSİL
Dövlət İdarəçilik Akademiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 60 min manat köçürüb
Bakı, 25 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 60 min manat məbləğində vəsait köçürüb.
DİA-dan AZƏRTAC-a bildiriblər ki, Akademiya qlobal pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri sayaraq vətəndaşları, o cümlədən akademiyanın müəllim, müdavim və tələbə kontingentini koronavirusla mübarizədə aktiv olmağa, özlərini və ətrafdakı insanları qorumaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərə toplaşmamağa çağırır.