ELM VƏ TƏHSİL


Dövlət İdarəçilik Akademiyası Türkiyə ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Ankara, 18 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi arasında əməkdaşlıq protokolu imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənəd DİA-nın rektoru, akademik Urxan Ələkbərov və Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren tərəfindən Ankarada imzalanıb.

Tərəflər əməkdaşlığın qarşılıqlı olaraq böyük fayda gətirəcəyinə əmin olduqlarını bildiriblər.

DİA-nın elmi-təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli imzalanma mərasimində iştirak edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.