ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi: 28 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib

Bakı, 7 avqust, AZƏRTAC 

Ali məktəblərə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, saat 11.00-a olan məlumata əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 8973, II ixtisas qrupu üzrə 6589, III ixtisas qrupu üzrə 7729, IV ixtisas qrupu üzrə 2408 nəfər ərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 895, II ixtisas qrupu üzrə 723, III ixtisas qrupu üzrə 643, IV ixtisas qrupu üzrə 247 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda isə ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 692 nəfərdir.

Ümumilikdə bütün ixtisas qrupu üzrə 28 856 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, müsabiqəyə yalnız iyulun 30-dan avqustun 13-dək elektron ixtisas seçimi ərizələrini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.