ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Abşeron rayonunda vətəndaşları qəbul edəcək
Bakı, 1 dekabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Abşeron rayonunda vətəndaşları qəbul edəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, qəbulda Abşeron, Sumqayıt, Xızı şəhər və rayonlarının sakinləri, bu şəhər və rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan və Şuşa rayonlarından olan məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul dekabrın 9-da saat 11.00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) xahiş olunur.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.