REGİONLAR


Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Şəmkirdə vətəndaşları qəbul edib VİDEO

Şəmkir, 20 oktyabr, Famil Quliyev, AZƏRTAC 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir, onların müraciət və təklifləri dinlənilir.

AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə oktyabrın 20-də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edib.

Əvvəlcə Məleykə Abbaszadə və rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərə dərin ehtiramlarını bildiriblər.

Qəbula gələn vətəndaşlar Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri tərəfindən diqqətlə dinlənilib. Müraciətlər əsasən ümumi orta və tam orta təhsil bazasında orta ixtisas, habelə ali təhsil müəssisələrinə qəbulla bağlı və magistratura pilləsinə aid olub.

Bir sıra müraciətlər yerindəcə öz həllini tapıb, bəzi müraciətlər barədə vətəndaşlara ətraflı izahat və məsləhətlər verilib. Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə müsahibəsində bildirib ki, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı Dövlət İmtahan Mərkəzinin bütün regional bölmələrində valideynlər və şagirdlərlə görüş keçiriləcək. Onun sözlərinə görə, bu il IX sinifdə oxuyan şagirdlər buraxılış imtahanlarını yeni model əsasında veriblər, onların müəyyən qədər təcrübəsi var. “Amma bununla yanaşı, onların da müəyyən sualları olur. İki ildən sonra yeni formada buraxılış və qəbul imtahanlarında abituriyentləri, şagirdləri nə gözləyəcəyi ilə bağlı bütün suallara cavab vermək üçün maarifləndirmə işi bütün regionlarda aparılacaq”, - deyə M.Abbaszadə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.