ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi: Ötən il rezidenturaya 418 nəfər qəbul olub

Bakı, 23 iyun, AZƏRTAC

2020-ci ildə də rezidentura səviyyəsinə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilib. Həmin il qəbul qaydalarında bir sıra yeniliklər edilib.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, rezidenturaya qəbulla bağlı yeniliklər yalnız qəbul qaydalarında deyil, həmçinin rezidenturaya qəbul aparılan ixtisasların siyahısına edilmiş əlavələrdə də öz əksini tapıb. 2020-ci ildə rezidenturaya qəbul imtahanında iştirak etmək üçün 1267 namizəd ərizə doldurub təsdiq edib.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında nəticələri “məqbul”la qiymətləndirilən (topladığı balı 40 və daha çox olan) 764 (onlardan 131 nəfər imtahanın yalnız 1-ci mərhələsində iştirak etmək üçün ərizə verən IV və V kurs tələbələri olub) namizəd buraxılıb. 456 namizəd ixtisas seçimində iştirak edib, onlardan 418 nəfər rezidenturaya qəbul olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.