ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi fevralın 10-da növbəti TOEFL IBT imtahanı keçirəcək
Bakı, 8 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) fevralın 10-da növbəti TOEFL IBT imtahanı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, TOEFL IBT imtahanı mərkəzin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanındakı inzibati binasında saat 09.00-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 08.30-dək imtahan binasında olmalıdırlar.
TOEFL imtahanı haqqında ümumi məlumatla tanışlıq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil olmaq lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]