ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzində “GRE: General Test imtahanı” keçirilib
Bakı, 10 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) noyabrın 9-da “GRE: General Test imtahanı” keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Mərkəzin Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə edilib və imtahan otağında iştirakçıların bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahanda 2 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında 10-15 gün sonra onlayn öyrənə bilərlər.
Xatırladaq ki, hazırda Azərbaycanda pandemiya şəraitində imtahan keçirilməsinə icazə verilən yeganə GRE Test Mərkəzi Dövlət İmtahan Mərkəzidir.
Növbəti GRE imtahanının noyabrın 23-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları DİM-in saytına verilib.