SİYASƏT


Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub

Bakı, 7 avqust, AZƏRTAC

Avqustun 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Bakı şəhərində və respublikanın digər bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə növbəti görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Görüşdə Komitənin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak ediblər.

Məcburi köçkünlərin kollektiv və fərdi müraciətləri, əsasən mənzil-məişət problemləri, məskunlaşma, məşğulluq, qeydiyyat və status məsələləri ilə bağlı olub.

Qeyd edilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Belə ki, yeni yaşayış komplekslərinin inşası davam etdirilir, ağır şəraitdə yaşayan məcburi köçkünlər yeni mənzillərə köçürülür. Bildirilib ki, bu sahədə görülən işləri Birinci vitse-prezident xanım Mehriban Əliyeva daim diqqətdə saxlayır.

Məcburi köçkünlərin müraciətləri diqqətlə dinlənilib və müvafiq qaydada qeydə alınıb.

Komitə sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılması və mövcud qanunvericilik çərçivəsində tədbirlər görülməsi üçün tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.