Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dövlət Komitəsində videokonfrans formatında müşavirə keçirilib

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ölkədəki mövcud dini duruma həsr olunmuş videokonfrans formatında müşavirə keçirilib. Videokonfransda DQİDK və tabeliyindəki qurumların rəhbərliyi, eləcə də Mərkəzi Aparat və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Komitədən AZƏRTAC-a bildiriblər ki, müşavirəni açan DQİDK-nın sədri Mübariz Qurbanlı pandemiyanın qarşısının alınması, onun doğurduğu sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən çevik və məqsədyönlü siyasətin, virusa qarşı mübarizənin ilkin mərhələsindən başlayaraq atılan qabaqlayıcı addımların önəminə toxunub. Bildirib ki, dövlət başçısının tapşırığına əsasən yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyasının yayılmasına qarşı zəruri preventiv işlərin görülməsi, vətəndaşların ölkə Prezidentinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına qoşularaq bu bəla ilə mübarizədə milli həmrəylik nümayiş etdirməsi, hakimiyyətlə xalq birliyinin mövcud olması, çətin günlərdə insanların mənəvi cəhətdən sıx birləşməsi halları koronavirusa qarşı mübarizədə böyük əhəmiyyət daşıyır.

DQİDK sədri daha sonra Dövlət Komitəsinin və tabeliyindəki qurumların koronavirus pandemiyası (COVID-19) dövründə sosial sahədə fəaliyyət istiqamətlərinə diqqət çəkib.

Vurğulanıb ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, DQİDK-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları və könüllüləri xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə bir sıra sosial layihələrə dəstək veriblər. Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım məqsədilə Mərkəzi Qan Bankında keçirilən qanvermə aksiyasında iştirak edən qurumların rəhbərliyi və əməkdaşları, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə qoşulublar və könüllü olaraq əməkhaqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər. Həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 140 nəfər tənha yaşlıya, şəhid ailələri və aztəminatlı ailələrə ərzaq yardımı edilib, o cümlədən virusa yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan bir qrup tibb işçisinə hədiyyələr göndərilib.

Komitə sədri, eyni zamanda, qeyd edib ki, mövcud şəraitdə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatına uyğun olaraq Azərbaycanda bütün dini ibadətgahlarda dini ayinlərin icrasının dayandırılması, yas mərasimlərinə qoyulan qadağalar barədə dini maarifləndirmə işlərinin aparılmasına xüsusi diqqət yetirilib. Komitə rəhbərliyinin cəmiyyətimizin maddi və mənəvi cəhətdən səfərbər olunması, insanların mənəvi cəhətdən sıx birləşməsi istiqamətində müsahibələri, çağırışları, açıqlamaları yayımlanıb. DQİDK əməkdaşları tərəfindən sosial şəbəkələr vasitəsilə virusun qarşısının alınması məqsədilə qoyulan tələblərə əməl etməyə, eləcə də dini rəhbərləri də bu işdən kənarda qalmamağa, dindarlarımızı Operativ Qərargahın bu barədə tövsiyələrini dinləməyə çağırışlar edilib. Bu istiqamətdə Dövlət Komitəsinin bölgə şöbələri tərəfindən dini icma sədrləri və din xadimlərinin iştirakı ilə onlayn maarifləndirmə tədbirləri keçirilib.

Həmçinin bildirilib ki, vətəndaşların qəbulu martın 17-dən etibarən dayandırılsa da, DQİDK-nın “qaynar xətt”inə, “www.scwra.gov.az” rəsmi saytının “Jivochat” onlayn müraciət proqramına, rəsmi elektron poçt ünvanına və sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olan yüzlərlə müraciət cavablandırılıb, vətəndaşların qısa zamanda müvafiq məsələlərlə bağlı məlumat və cavab almaları operativ şəkildə təmin edilib.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov çıxışında bildirib ki, pandemiya dövründə təhsil müəssisəsi öz fəaliyyətini onlayn formatda uğurla davam etdirib. İnstitut ölkədə “Microsoft Teams” platforması üzərindən tədris prosesini həyata keçirən ilklər sırasında olub. Aİİ-nin bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyası da platforma üzərindən onlayn formatda şifahi formada keçirilir. Rektor əlavə edib ki, Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri müxtəlif vebinarlarda aktiv iştirak edib, onların müəllifliyi ilə bir neçə elmi dərslik və 36 elmi məqalə və tezislər çap edilib. O, həmçinin İnstitutun xüsusilə xarici tələbələri cəlb etmək məqsədilə təbliğat kampaniyasına başladığını da qeyd edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fond tərəfindən mövcud dövrdə yardım aksiyaları ilə yanaşı, bir sıra layihələrin həyata keçirildiyi qeyd edib. Bildirib ki, "Qarabağ üçün oxu 3" layihəsi təqdim olunub, "Ziyalı işığında" layihəsinə start verilib, “Azərbaycan naminə” esse-yazı müsabiqəsi yekunlaşdırılıb, tanınmış xeyriyyəçimiz Musa Nağıyev və Aprel şəhidlərimizə həsr olunan "Qəlbi zənginlər", Aprel döyüşləri - Böyük zəfərin başlanğıcı adlı videoçarxlar hazırlanıb, o cümlədən bir sıra maarifləndirici kitabların nəşri həyata keçirilib. Eyni zamanda, Fondun ASAN radio ilə birgə layihəsi olan “Mənəvi dəyərlər” radio-verilişi fəaliyyətini uğurla davam etdirib.

Daha sonra DQİDK-nın Lənkəran, Yevlax və Gəncə bölgəsi üzrə şöbələrinin müdirləri yerlərdə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın təlimatına uyğun olaraq dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi barədə qadağalara riayət olunması istiqamətində Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, qazılar və imamlarla birgə vətəndaşlar arasında aparılan maarifləndirmə prosesi barədə danışıblar.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 19 ilinin tamam olması münasibətilə Komitə əməkdaşlarını təbrik edən Mübariz Qurbanlı fəaliyyətində fərqlənən bir qrup əməkdaşın fəxri diploma layiq görüldüyünü diqqətə çatdırıb, hər kəsi dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində daha böyük səylə çalışmağa, multikultural və tolerant ənənələrin təbliği işinə daha böyük töhfələr verməyə səsləyib.

Sonda müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nigeriyada bir həftədə qızılca xəstəliyindən 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər