Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycandakı dini konfessiya rəhbərləri Laçın yolundakı vəziyyətlə bağlı birgə bəyanat yayıblar

Azərbaycandakı dini konfessiya rəhbərləri Laçın yolundakı vəziyyətlə bağlı birgə bəyanat yayıblar

Bakı, 4 avqust, AZƏRTAC

Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Laçın-Xankəndi yolunda son günlərdə Ermənistanın süni şəkildə yaratdığı növbəti təxribatçı tamaşa - "TIR şousu" ətrafında gedən qərəzli fikirlərlə bağlı birgə bəyanat yayıblar.

AZƏRTAC bəyanatı təqdim edir.

“Hər şeydən əvvəl bildiririk ki, müzakirə olunan mövzu dini səciyyə daşımasa da, Qafqaz bölgəsində sülhün bərqərar olmasını arzu edən hər bir şəxs və bu yolda böyük səylər göstərən din xadimləri kimi bizim ümdə vəzifəmiz baş verənlərə haqq və ədalət meyarları ilə yanaşmaqdır. Həqiqət ondan ibarətdir ki, Ermənistan tərəfindən “humanitar yardım” adı ilə TIR yük maşınlarının “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinə yönəldilməsi öncədən düşünülmüş və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə törədilmiş anti-Azərbaycan təxribat kampaniyasının tərkib hissəsidir. Dəfələrlə Azərbaycanın dövlət orqanları Xankəndidə yaşayan Qarabağ bölgəsinin yerli erməni sakinlərini müzakirəyə dəvət etmiş, lakin Ermənistan bununla razılaşmamış, Azərbaycanın humanist təkliflərinə rədd cavabı vermişdir. TIR-ların qəsdən Azərbaycanın “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi istiqamətində problem yaratması, hadisənin “etnik təmizləmə siyasəti” və “humanitar böhran” kimi qələmə verilməsi erməni tərəfinin müntəzəm olaraq həqiqətləri təhrif etmək xislətinin növbəti təzahürüdür.

Birmənalı şəkildə bildiririk ki, Ermənistanın “etnik təmizləmə siyasəti” barədə yaydığı məlumatlar yalan və böhtan xarakteri daşıyır. Beynəlxalq ictimaiyyət unutmamalıdır ki, 30 ilə yaxın müddət ərzində məhz erməni ekstremistlərin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz əzəli dədə-baba torpaqlarını tərk etməyə məcbur qalaraq qaçqın və məcburi köçkün həyatını yaşamışdır. Məhz Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı işğal olunmuş ərazilərimizdə məscidlər, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr dağıdılıb talan edilmiş, Qafqaz Albaniyasına məxsus xristian kilsələri və rus pravoslav kilsələri qriqorianlaşdırılıb, məscidlərdə İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunub. Müharibənin bitməsinə baxmayaraq hələ də yüzlərlə vətəndaşımız mina partlayışlarında həyatını itirməkdə və əlil olmaqdadır ki, həmin minalar Ermənistan tərəfindən bilavasitə Laçın yolu vasitəsilə Azərbaycan ərazilərinə daşınıb.

Azərbaycan xalqı öz dövlət başçısının rəhbərliyi ilə BMT və beynəlxalq hüquq tərəfindən rəsmən tanınan əzəli torpaqlarını Ermənistanın təcavüzündən xilas edərək ərazi bütövlüyünü bərpa etdi. İşğaldan azad edilmiş ərazilərdə bu gün mülki obyektlərlə yanaşı, dini-mənəvi abidələrin bərpa və yenidən qurulmasına dövlət səviyyəsində diqqət ayrılması Azərbaycanın dünyadakı tolerant imicinin, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində aparıcı mərkəzlərdən biri olmasının təsdiqidir. Hər zaman qlobal təfəkkür və bəşəri ideyaları ilə tanınan Azərbaycan Prezidenti İlham Əliyev regionun taleyini müəyyən edən, tarixini yenidən yazan öndər lider kimi bütün yüksək kürsülərdən sülh və birgəyaşayış çağırışları edir, qarşı tərəfi xalqların gələcəyi naminə siyasi təfəkkür və humanist məntiqə əsaslanan həmrəyliyə dəvət edir.

Təəssüf doğuran haldır ki, bunun müqabilində erməni revanşistləri müxtəlif beynəlxalq təşkilatların tribunalarından ölkəmiz əleyhinə yenə də iftira kampaniyaları aparır, hətta dini platformadan - xüsusilə Ümumdünya Kilsələr Şurasından öz məkrli siyasi məqsədləri üçün sui-istifadə edirlər. Erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Bir il ərzində Ümumdünya Kilsələr Şurasının Azərbaycan əleyhinə 3 bəyanatla çıxış etməsi ən azından ondan xəbər verir ki, bu silsilə təhdid kampaniyalarının təşkilində baş ideoloq kimi Ümumdünya Kilsələr Şurasının prezidentlərindən biri - Kilikiya erməni kilsəsinin başçısı I Aram, müəllif-icraçılardan isə - Mərkəzi komitə sədrinin (moderator) müavini Aykazyan əsas rol oynayırlar.

Bu xüsusda Ümumdünya Kilsələr Şurasının son zamanlar mütəmadi olaraq birtərəfli və qərəzli şəkildə ermənipərəst mövqedən çıxış etməsi ciddi təəssüf doğurur. Kilsə adını daşıyan təşkilatın barışdırıcı, sülhün təmin olunmasına töhfə verən və birgəyaşayışı təbliğ edən çağırışlarla çıxış etmək əvəzinə mövcud vəziyyəti dinlərarası müstəviyə çıxararaq “xristian təəssübkeşliyi” adı altında xristian-müsəlman qarşıdurmasına təhrik edən destruktiv mövqeyi və anti-Azərbaycan təbliğatı sülhə xidmət etmək istəyən dini təsisatın məram və məqsədinə uyğun gəlmir, həmçinin dinlərin ədalət prinsiplərinə ziddir. Daha öncə Qafqaz Müsəlmanları İdarəsi adından Ümumdünya Kilsələr Şurasının Baş katibi Jerry Pillaya və Mərkəzi komitənin sədri (moderator) Dr.Heinrix Bedford-Strohma göndərilmiş məktubunda Şuranın 11-ci Assambleyasında, habelə Ümumdünya Kilsələr Şurasının Mərkəzi Komitəsinin son iclasının yekun sənədində erməni tərəfinin mənafelərinə xidmət edən bəyanatlara etiraz bildirilib və qeyd olunub ki, dünya birliyi ilə yanaşı, şəxsən Ermənistanın baş naziri N.Paşinyanın da rəsmən etiraf etdiyi 86,6 min kvadratkilometr təşkil edən Azərbaycan ərazisində “Dağlıq Qarabağ” - “Artsax” adlı inzibati vahid yoxdur. Buna baxmayaraq, Ümumdünya Kilsələr Şurasının cari il iyulun 31-də yaydığı bəyanatında “Artsax” ifadəsini mətndə qəsdən bir neçə dəfə təkrarlayaraq, Azərbaycanın daxili işlərinə, suverenliyinə və ərazi bütövlüyünə kobud müdaxilə edib, kilsə adını daşıyan təşkilata başucalığı gətirməyən əyani hörmətsizlik nümayiş etdirib.

Birinci Qarabağ müharibəsi zamanı erməni qəsbkarları tərəfindən Azərbaycan əhalisinə qarşı törədilən soyqırımı cinayətlərinə, Xocalı qətliamına “narahatlıq” bildirməyən Kilsələr Şurasının indiki mövqeyi ikili standartlara və siyasətbazlığa söykənir. Azərbaycanın suveren ərazisi olan Naxçıvanın uzun müddətdir ki, Ermənistan tərəfindən blokadada saxlanılmasına etiraz etməyən Ümumdünya Kilsələr Şurasının indi belə canfəşanlıq etməsi beynəlxalq dini təşkilata yaraşmayan riyakarlıqdır. Biz bu kimi halları qətiyyətlə qınayır, Ermənistanı, xüsusilə də erməni Kilikiya və Eçmiədzin kilsələrini müharibə ritorikasından əl çəkməyə, millətlər arasında nifrət çağırışlarına və revanşizm ideyalarına dəstək verməməyə çağırırıq. Belə siyasət nəhayətində regionda vəziyyəti gərginləşdirəcək, özəlliklə erməni xalqına xeyir gətirməyəcəkdir.

Biz uzun illərdir ki, bir sıra Avropa dövlətlərinin, xüsusilə Afrikada və Okeaniyada soyqırımlarına, zorakılıqlara və qarşıdurmalara rəvac verən Fransanın, habelə bəzi Qərb təşkilatlarının erməni lobbisinin təsirinə düşərək qərəzli, anti-Azərbaycan mahiyyətli qərarlar verməsinin, qətnamələr qəbul etməsinin şahidiyik. Heç şübhəsiz ki, rəsmi İrəvanın, Qarabağ separatçılarının və onların Eçmiədzindən “xeyir-dua” alan tərəfdarlarının bu yeni təxribatda hədəfi - hazırda müxtəlif platformalarda davam edən Azərbaycan-Ermənistan danışıqlarını pozitiv məcradan uzaqlaşdıraraq sülh sazişinin imzalanmasını pozmaqdan, revanşizm məqsədli fəaliyyətlərini gerçəkləşdirməkdən ibarətdir. Bu proseslərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) regiondakı fəaliyyəti xüsusi narahatlıq doğurur. Bir müddət öncə rəsmi Bakı BQXK-nın Laçın yolu vasitəsilə qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olduğunu faktlarla sübuta yetirmiş, erməni hərbi cinayətkarların və terrorçuların sərhəddən keçirilməsində BQXK-nın bilavasitə iştirakını ifşa etmişdir.

Dinlər tarixindən bəllidir ki, bütün peyğəmbərlər, o cümlədən Həzrəti İsa əleyhissalam insanları haqqa, ədalətə, sülhə dəvət etmişlər. Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri bu bəyanatımızla dünya ictimaiyyətini, xüsusilə Ümumdünya Kilsələr Şurasını bölgəmizdə sülhə və əmin-amanlığa maneə olan erməni təxribatçı təbliğatına uymamağa və həqiqətlərə söykənən məlumatlara diqqət yetirməyə çağırırıq. Unutmayaq ki, din xadimlərinin əsas vəzifəsi ilahi əmrlərə riayət etmək, bəşəri sülh naminə barışdırıcı mövqedə olmaqdır”.

Şeyxülislam Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri,

Milix Yevdayev - Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri,

Arximandrit Aleksiy Nikonorov - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi,

Aleksandr Şarovski - Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri,

Robert Mobili - Alban-udi Xristian Dini İcmasının sədri.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Şərqi Sakit okeanda narkotik daşıyan gəmini məhv edib

ABŞ Braziliyada prezident seçkilərində məğlub olan Bolsonaru və ailəsinə viza verib

Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsini təklif edib

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib

NYT: ABŞ Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

Moskva sülh sazişi üzrə sənədlər razılaşdırıldıqdan sonra Putinlə Zelenskinin görüşünü keçirməyi təklif edir

Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb

Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib

“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Milli QHT Forumu: Bərdədə dinc insanların ölümünə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməlidir

Azərbaycan Kuboku: “Zirə” penaltilər seriyasında “Səbail”i məğlub edərək 1/8 finala yüksəlib

Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb

Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yeni təşəbbüs: beynəlxalq platformaların birgə səyləri

Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq

Sivilizasiyalararası dialoq və strateji uzaqgörənlik VII Dialoq Forumunun gündəliyində

BTQ Fransa Senatının Korsikaya muxtariyyət verilməsini rədd etməsini pisləyib

QMİ sədri: Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasını bütün dünyaya nümayiş etdirir

Azərbaycanın multikulturalizm modeli: ortaq mədəni təməl və milli həmrəylik - ŞƏRH

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib

Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

UNESCO proqramına 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib

Fransanın Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb

Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir

Asa Regner: “Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk

Energetika naziri: İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib

Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb

Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub

Ağcabədidə narkotik asılılığının cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə - MÜZAKİRƏ

“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb

Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir

Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK

İctimai Şuranın üzvləri Dövlət Proqramının icrası ilə bağlı müzakirələr aparıb

® ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verib

Professor Ramiz Yunus ADU-da Cənubi Qafqazın geosiyasi əhəmiyyətindən danışıb

TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb

Agentlik: 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq

Məhəmməd əl-Məsudi: Müharibələri, qarşıdurmaları qardaşlıq əvəz etsin

Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir

Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Əbdülfəttah Əl-Bəlməşi: Sivilizasiya diplomatiyası praktik müstəvidə tətbiq olunmalıdır

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

UNESCO rəsmisi: Gənclərin qərarların formalaşdırılmasında fəal iştirakını təmin etmək bizim məsuliyyətimizdir

Əmək bazarının ehtiyacları ilə təlim imkanlarının əlaqəsinin gücləndirilməsi əsas çağırışlardandır

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb

Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək

Villiam Davila: IE Liderlik və İnnovasiya Mərkəzi yeni əməkdaşlıq imkanları yaradacaq

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb

Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib

İqtisadiyyat Nazirliyi İspaniyanın IE Universiteti ilə Çərçivə Əməkdaşlıq Sazişi imzalayıb

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əlçatan turizm imkanları diqqət mərkəzində olub

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb

Mbappe Mao Tszedunla bağlı sözlərinə görə Çindən üzr istəyib

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir

Prezidentin mesajları: Beynəlxalq münaqişələrə qarşı Azərbaycan modeli, iki supergüclə əlaqələr – TƏHLİL

Ziba Mustafayeva: Azərbaycanda bacarıqların, səriştələrin və rəqəmsal imkanların inkişafı prioritetlərimizdəndir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi sessiyası başa çatıb

Professor: Mədəniyyətlərarası anlaşmanın təşviqi dinc yanaşı yaşayışın mühüm şərtidir

Almaniyanın 5 əyaləti nüvə tullantılarının basdırılması üçün ərazi seçimindən imtina edib

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

Qızılın qiyməti 4500 dollara yüksələ bilər – Proqnoz

Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə ICESCO tərəfindən xüsusi sertifikat verilib

Nasser David Xalili: Mədəniyyət bəşəriyyətin ən böyük sülh elçilərindən biri ola bilər

Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib

İsveçin media orqanları süni intellektdən istifadəyə nəzarəti gücləndirir

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir

Siyəzəndə tanışını öldürərək onun evindən pul və qiymətli əşyalar götürməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb

Mombasa qubernatoru Suahili Mədəniyyət Kitabxanasının modernləşdirilməsinə görə Azərbaycana təşəkkür edib

Cəlal Qasımov: İnsan kapitalına investisiya iqtisadi inkişafın əsas amillərindəndir