Azərbaycan Dövlət İnformasiya Agentliyi

QMİ sədri Belçikanın xarici işlər nazirini erməni kilsəsinin revanşizm çağırışları barədə məlumatlandırıb

Bakı, 25 avqust, AZƏRTAC

Avqustun 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri ilə birlikdə ölkəmizdə səfərdə olan Belçikanın xarici işlər naziri Haccə Lhəbibi ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı şeyxülislam din xadimlərinin Uca Yaradan qarşısında daşıdıqları məsuliyyətdən çıxış edərək öz fəaliyyətləri ilə dindən siyasi məqsədlər üçün sui-istifadə olunmasına yol verməmək yönündə səy göstərdiklərini qeyd edib. Vurğulayıb ki, dünyada və bölgədə sülh, əmin-amanlıq və tərəqqi naminə, xalqların dinc birgəyaşayışı yolunda siyasi proseslərə dəstək vermək din xadimlərinin üzərinə düşən vəzifədir.

QMİ sədri qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparmaq vəzifəsini həyata keçirdi və 30 ilə yaxın davam edən erməni işğalına 44 günlük Vətən müharibəsində son qoydu. Dövlət rəhbərimizin ali iradəsi, qəhrəman Ordumuzun şücaəti ilə xalqımız tarixi ədaləti bərpa etdi. A.Paşazadə Azərbaycan torpaqlarının 30 ilə yaxın erməni işğalında olduğu dövrdə törədilmiş vandalizm aktlarından, Ermənistanda yaşayan azərbaycanlıların etnik təmizləməyə məruz qaldığından, bir milyon insanın öz dədə-baba torpaqlarından zorla çıxarılmasından, qaçqın, məcburi köçkün həyatı sürməyə məcbur qalmasından, Xocalı şəhərində törədilmiş soyqırımından, bu günədək 4000 itkin düşmüş azərbaycanlının taleyinin indiyədək naməlum qalmasından danışıb. Eyni zamanda, ərazilərimizdə kütləvi insan məzarlıqlarının davamlı aşkarlanmasından, münaqişə dövründə və üçtərəfli Bəyanatdan sonra ermənilər tərəfindən basdırılan minalar səbəbindən yüzlərlə insanın ölməsi və ya əlil olmasından faktlarla bəhs edib. İşğal dövründə Azərbaycan torpaqlarında dini-mənəvi abidələrə qarşı həyata keçirilmiş vandalizm halları barədə, məscidlərin dağıdılması, həqarət olunması, xristian kilsələrinin mənşəyinin saxtalaşdırılaraq qriqoryanlaşdırılması və s. haqqında geniş məlumat verib.

Şeyxülislam bildirib ki, dünya ictimaiyyəti, siyasilər, beynəlxalq təşkilatlar bu reallıqlara, azad olunmuş ərazilərimizə səfərlər zamanı öz gözləri ilə müşahidə etdikləri həqiqətlərə obyektiv yanaşma sərgiləməli, bəşəri ədalət mövqeyindən yanaşmalıdırlar. Etnik təmizləmə, soyqırımı kimi bəşəri cinayətlərin dünyanın heç bir nöqtəsində təkrarlanmaması, insan faciələrinin bir daha baş verməməsi üçün İlahi və insani ədalətin bərqərar olması, subyektiv deyil, obyektiv qiymətləndirmə, dünya ictimaiyyətinin qətiyyətli qınağı olduqca vacibdir.

O, 30 il müddətində Azərbaycanın münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərinə dəstək olaraq dini lider kimi əlindən gələni əsirgəmədiyini, bu məqsədlə 1988-ci ildən etibarən müxtəlif vasitəçilərlə fərqli beynəlxalq müstəvilərdə dəfələrlə erməni kilsəsinin rəhbərləri ilə görüşdüyünü, qonşu xalqlar arasında sülhün əldə olunmasına nail olmaq yönündə davamlı səy göstərdiyini deyib. Həmçinin dünya ictimaiyyətinə, beynəlxalq təşkilat və dini mərkəzlərə müraciətləri xatırladıb.

A. Paşazadə təəssüflə bildirib ki, hazırda erməni kilsəsi revanşizm çağırışlarının önündə gedir: “İstər Eçmiədzin, istər də Kilikiya erməni kilsəsinin rəhbərləri erməni xalqını yenidən müharibəyə ruhlandırırlar, həmçinin Ümumdünya Kilsələr Şurası platformasında xristian təəssübkeşliyindən sui-istifadə edərək anti-Azərbaycan xarakterli sənədlər qəbul etdirmək üçün səy göstərirlər”.

QMİ sədri kilsənin fəaliyyətinin siyasiləşməsinin Ermənistan-Azərbaycan arasında sülhün imzalanmasına mane olduğunu və Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəllədiyini xüsusi qeyd edib. Şeyxülislam deyib ki, Qarabağda yaşayan ermənilərin də tolerant Azərbaycanın multikultural cəmiyyətində öz layiqli yerini tutmasına Azərbaycan dövləti zəmanət verir.

Belçikalı nazir Haccə Lhəbibi Azərbaycanda müxtəlif dini mənsubiyyətli insanların belə bir harmoniya şəraitində birgə yaşamalarını müşahidə etməkdən məmnun olduğunu bildirib. Fərqli dini mənsubiyyət daşıyıcılarının belə bir mühitdə bir araya gəlməsində şeyxülislamın dəst-xətinin olduğunu vurğulayan belçikalı nazir Cənubi Qafqazda sülhün əldə olunması üçün bu potensialdan istifadə olunmasının, dini liderlərin fəallıqlarını daha da artırmasının vacib olduğunu qeyd edib.

Qəbulda iştirak edən Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbər və nümayəndələri qonağı ölkəmizdə hökm sürən dinlərarası anlaşma və əməkdaşlıq mühiti barədə məlumatlandırıblar, dini icmalarının multikultural harmoniya şəraitində öz ibadətlərini həyata keçirdiklərini və dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını nümunələrlə belçikalı nazirin diqqətinə çatdırıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Şərqi Sakit okeanda narkotik daşıyan gəmini məhv edib

ABŞ Braziliyada prezident seçkilərində məğlub olan Bolsonaru və ailəsinə viza verib

Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsini təklif edib

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib

NYT: ABŞ Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

Moskva sülh sazişi üzrə sənədlər razılaşdırıldıqdan sonra Putinlə Zelenskinin görüşünü keçirməyi təklif edir

Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb

Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib

“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Milli QHT Forumu: Bərdədə dinc insanların ölümünə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməlidir

Azərbaycan Kuboku: “Zirə” penaltilər seriyasında “Səbail”i məğlub edərək 1/8 finala yüksəlib

Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb

Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yeni təşəbbüs: beynəlxalq platformaların birgə səyləri

Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq

Sivilizasiyalararası dialoq və strateji uzaqgörənlik VII Dialoq Forumunun gündəliyində

BTQ Fransa Senatının Korsikaya muxtariyyət verilməsini rədd etməsini pisləyib

QMİ sədri: Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasını bütün dünyaya nümayiş etdirir

Azərbaycanın multikulturalizm modeli: ortaq mədəni təməl və milli həmrəylik - ŞƏRH

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib

Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

UNESCO proqramına 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib

Fransanın Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb

Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir

Asa Regner: “Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk

Energetika naziri: İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib

Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb

Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub

Ağcabədidə narkotik asılılığının cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə - MÜZAKİRƏ

“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb

Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir

Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK

İctimai Şuranın üzvləri Dövlət Proqramının icrası ilə bağlı müzakirələr aparıb

® ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verib

Professor Ramiz Yunus ADU-da Cənubi Qafqazın geosiyasi əhəmiyyətindən danışıb

TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb

Agentlik: 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq

Məhəmməd əl-Məsudi: Müharibələri, qarşıdurmaları qardaşlıq əvəz etsin

Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir

Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Əbdülfəttah Əl-Bəlməşi: Sivilizasiya diplomatiyası praktik müstəvidə tətbiq olunmalıdır

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

UNESCO rəsmisi: Gənclərin qərarların formalaşdırılmasında fəal iştirakını təmin etmək bizim məsuliyyətimizdir

Əmək bazarının ehtiyacları ilə təlim imkanlarının əlaqəsinin gücləndirilməsi əsas çağırışlardandır

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb

Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək

Villiam Davila: IE Liderlik və İnnovasiya Mərkəzi yeni əməkdaşlıq imkanları yaradacaq

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb

Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib

İqtisadiyyat Nazirliyi İspaniyanın IE Universiteti ilə Çərçivə Əməkdaşlıq Sazişi imzalayıb

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əlçatan turizm imkanları diqqət mərkəzində olub

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb

Mbappe Mao Tszedunla bağlı sözlərinə görə Çindən üzr istəyib

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir

Prezidentin mesajları: Beynəlxalq münaqişələrə qarşı Azərbaycan modeli, iki supergüclə əlaqələr – TƏHLİL

Ziba Mustafayeva: Azərbaycanda bacarıqların, səriştələrin və rəqəmsal imkanların inkişafı prioritetlərimizdəndir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi sessiyası başa çatıb

Professor: Mədəniyyətlərarası anlaşmanın təşviqi dinc yanaşı yaşayışın mühüm şərtidir

Almaniyanın 5 əyaləti nüvə tullantılarının basdırılması üçün ərazi seçimindən imtina edib

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

Qızılın qiyməti 4500 dollara yüksələ bilər – Proqnoz

Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə ICESCO tərəfindən xüsusi sertifikat verilib

Nasser David Xalili: Mədəniyyət bəşəriyyətin ən böyük sülh elçilərindən biri ola bilər

Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib

İsveçin media orqanları süni intellektdən istifadəyə nəzarəti gücləndirir

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir

Siyəzəndə tanışını öldürərək onun evindən pul və qiymətli əşyalar götürməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb

Mombasa qubernatoru Suahili Mədəniyyət Kitabxanasının modernləşdirilməsinə görə Azərbaycana təşəkkür edib

Cəlal Qasımov: İnsan kapitalına investisiya iqtisadi inkişafın əsas amillərindəndir