CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti mayda 3225 əcnəbiyə müvəqqəti yaşama icazəsi verib

Bakı, 11 iyun, AZƏRTAC

May ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən 3225-nə müvəqqəti yaşama, 237-nə daimi yaşama (müddətin uzadılması) ilə bağlı icazə vəsiqələri verilib, 35 nəfərin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, bundan başqa, ay ərzində 729 əcnəbiyə ölkədə haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilib.

Qeyd edək ki, DMX tərəfindən ay ərzində ümumilikdə 4226 şəxsə respublikamızda müvəqqəti və daimi yaşama, iş icazəsi, o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.