CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib

Bakı, 29 iyul, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib.

Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Xidmətin rəisi Vüsal Hüseynov İctimai Şuranın fəaliyyətini yüksək qiymətləndirdiyini, sıx əməkdaşlıq əlaqələrinin olduğunu, il ərzində birlikdə çoxsaylı görüşlərin keçirildiyini qeyd edib. Həm miqrasiya siyasətinin formalaşdırılması, həm də miqrasiya xidmətlərinin təkmilləşdirilməsi baxımından İctimai Şura ilə əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb.

Sonra İctimai Şuranın beş illik fəaliyyətini əks etdirən videoçarx izlənilib və Şuranın sədri Azər Allahverənov 2019-2021-ci illər üzrə fəaliyyətlə bağlı təqdimatla çıxış edib. Ötən dövrdə DMX ilə əməkdaşlıq çərçivəsində görülən işlərlə bağlı hesabat verən A.Allahverənov İctimai Şura üzvlərinin rəhbərlik etdiyi işçi qruplarının fəaliyyətini də xüsusi vurğulayıb. 355 miqrant ailəsinə humanitar yardımların göstərildiyini, 7 seminar, 5 təlim, 4 maarifləndirmə aksiyasının keçirildiyini bildirən Azər Allahverənov Vətən müharibəsi zamanı cəbhəyanı bölgələrə səfərlər, məcburi köçkün icmalarında keçirilən sorğular barədə ətraflı məlumat verib.

Hesabat iclasında bir sıra QHT rəhbərlərinin çıxışları dinlənilib, qarşılıqlı maraq doğuran mövzularla bağlı fikir mübadiləsi aparılıb.

DMX-nin rəisi Vüsal Hüseynov tərəfindən İctimai Şuranın üzvlərinə Fəxri fərmanlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.