CƏMİYYƏT


Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında şahmat turniri keçirilib

Bakı, 8 may, AZƏRTAC

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları arasında şahmat turniri keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, qurumun həmkarlar ittifaqı komitəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkil olunan turnirdə Xidmətin müxtəlif struktur bölmələrindən 15 miqrasiya əməkdaşı iştirak edib.

Dairəvi sistem üzrə keçirilən yarışların qalibi miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov olub. Şəki regional miqrasiya idarəsinin baş mütəxəssisi Vüsal Babayev ikinci, miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin baş inspektoru Füzuli Cəbrayıllı isə üçüncü yerə layiq görülüb.

DMX-nin rəis müavini Elman Əliyev və Baş İdarənin rəisi Raqif Abbasov qalib və mükafatçıları təltif ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.