ELM VƏ TƏHSİL


Dövlət Neft və Sənaye Universitetində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qəhrəman Mübariz İbrahimovun abidəsi önündə anım tədbiri keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Mübariz İbrahimovun abidəsi önünə əklil qoyulub, xatirəsi anılıb.

Tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı Milli Qəhrəmanın döyüş yolundan, göstərdiyi şücaətlərdən danışıb. Mübariz İbrahimovun qəhrəmanlığının Azərbaycan gəncinin Vətənə məhəbbətinin təzahürü olduğunu qeyd edən M.Babanlı gənc nəslin vətənpərvər ruhda yetişməsində ailə, məktəb və universitetlərin xüsusi rolunu vurğulayıb.

M.Babanlı Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin əhəmiyyətindən bəhs edib. O, doğma torpaq naminə canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin ürəklərdə daim yaşayacağını bildirib.

Rektor ADNSU-nun Vətən müharibəsində qəhrəmancasına şəhid olan məzunlarının ailələri ilə daim sıx təmasda olacağını qeyd edərək hazırda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.