ELM VƏ TƏHSİL


Dövlət Neft və Sənaye Universitetində növbəti “Açıq mikrofon”

Bakı, 14 mart, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Açıq mikrofon” keçirilib.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. ADNSU-nun rektoru professor M.Babanlı 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrindən danışıb, tələbələrin keyfiyyət və kəmiyyət göstəriciləri, həmçinin imtahanlarda yüksək nəticə göstərmiş qruplar haqqında məlumat verib.

Təhsildə uğur qazanan tələbələr mükafatlandırılıblar.

ADNSU-da ənənəvi tədrisin bərpa olunması ilə təhsilin müasir standartlara daha da uyğunlaşdırılması və keyfiyyətin yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edən rektor informasiya texnologiyaları sahəsində, eləcə də xarici dillərin – ingilis, alman, fransız dillərinin universitetdə tədrisi ilə bağlı bir sıra yeni layihələrin həyata keçiriləcəyini deyib.

Universitetdə istehsalat təcrübəsinin təşkili və tələbələrin praktiki vərdişlərə yiyələnməsi istiqamətində aparılan və planlaşdırılan işlər haqqında məlumat verən M.Babanlı ADNSU-da yaradılacaq laboratoriyalar, o cümlədən bu sahədə tərəfdaş şirkətlərlə birgə görüləcək işlərdən danışıb.

M.Babanlı təkliflərini bildirib, həlli vacib olan məsələlərin icrası istiqamətində göstərişlər verib. Sonra rektor tələbələrin suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.