Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Dövlət Proqramının icrası qadınların özünüməşğulluğunun təmin olunmasına mühüm töhfə verib

Naxçıvan, 15 yanvar, AZƏRTAC

Bu gün muxtar respublikada əhalinin, xüsusən də qadınların məşğulluğunun artırılması, əmək bazarının tələblərinə uyğun peşə hazırlıqlarının təşkili, özünüməşğulluq imkanlarının təmin edilməsi, innovasiyalar tətbiq olunan yeni iş yerlərinin yaradılmasına yönəldilmiş layihələr uğurla həyata keçirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qəbul olunub.

Üç yüzədək qadın peşə kurslarına cəlb edilib

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Dövlət Proqramının icrası ilə əlaqədar komitə tərəfindən xüsusi qayğıya ehtiyacı olan 296 nəfər qadın kompüter, bərbər-manikürçü, toxucu, xalçaçı, aşpaz, dayə, dərzi peşə kurslarına cəlb olunub və məlumatları aid dövlət orqanlarına göndərilib. Qadınların peşə kurslarına cəlb edilməsində məqsəd onların məşğulluğunun təmin edilməsi, müvafiq peşəyə yiyələnməsi, fiziki qüsurlu qadınların cəmiyyətə inteqrasiya olunmasıdır. Bu da sağlamlıq imkanları məhdud və sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Uğurlu layihələrin uğurlu nəticələri

Qadınların dayanıqlı məşğulluqlarının təmin olunması məqsədilə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı genişmiqyaslı proqram çərçivəsində 2019-cu və 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi və “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi icra olunub. Layihə çərçivəsində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” və “Öz biznesinə başla və onu inkişaf etdir” adı altında 12 təlim keçirilib, təlimlərin sonunda uğurlu biznes planı ilə seçilən 102 qadına 69 min 250 manat məbləğində sərmayə kapitalı verilib. Sərmayə kapitallarının 53 min 600 manat məbləği, yəni 77,4 faizi ailə təsərrüfatlarının genişləndirilməsi və ya qurulması üçün, 15 min 650 manat məbləği, yəni 22,6 faizi isə digər sahələr üçün nəzərdə tutulub. Həmçinin “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin yekun konfransında layihə iştirakçısı olan qadınların hazırladığı əl işlərindən və istehsal etdikləri məhsullardan ibarət sərgi-satış həyata keçirilib. Sərgidə 17 ailə təsərrüfatçısı olan qadınların 513 adda müxtəlif növdə ailə təsərrüfatı məhsulları və 19 istedadlı qadının 1119 adda əl işi və ailə təsərrüfatı məhsulları sərgilənib. Sərgi-satışda 15 ailə təsərrüfatçısı olan qadının 671 manat dəyərində 265 adda müxtəlif növdə ailə təsərrüfatı məhsulları və 9 istedadlı qadının 346 manat dəyərində 62 əl işi satılıb. Ümumilikdə isə sərgidə 24 qadının 1017 manat dəyərində 327 əl işi və istehsal etdiyi məhsulları satılaraq məbləği qadınlara ödənilib.

Sosialyönümlü layihələrin davamı olaraq Azərbaycan Mikromaliyyə Assosiasiyası və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMİRRA) layihəsi çərçivəsində Virtual Sahibkarlar Yarmarkası keçirilib. Muxtar respublikadan olan 32 istedadlı və ailə təsərrüfatçısı qadının 842 əl işi və ailə təsərrüfatı məhsulu yarmarkaya çıxarılıb və virtual yarmarkada 9 qadının 132 manat dəyərində 37 ailə təsərrüfatı məhsulu satılıb.

Əlavə olaraq, evdar qadınların özünüməşğulluğunu təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” təlimi keçirilib, təlimdə iştirak edən 30 nəfər qadına sertifikatlar təqdim olunub.

Rəsm və əl işlərindən ibarət 23 sərgi-satış və 5 festival keçirilib

Proqramın icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud və evdar qadınların məşğulluqlarını təmin etmək məqsədilə məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət 23 sərgi-satış, 5 festival, 1 virtual yarmarka və 1 təlim keçirilib.

Ümumilikdə, Dövlət Proqramının icra müddətində 1269 şəxsin 56 min 86 manat dəyərində 6 min 235 adda əl işi və ailə təsərrüfatı məhsulları satılaraq, vəsaiti iş sahiblərinə ödənilib. Bu, bir tərəfdən qadınların özünüməşğulluğunun təmin edilməsidirsə, digər tərəfdən qadınlara göstərilən maddi dəstəkdir. Özünüməşğulluqla bağlı təşkil olunan tədbirlər qadınlarda özlərinə güvən hissini artırır, istedad və bacarıqları üzə çıxır və əldə olunan məvacib ailə büdcəsinin idarə olunmasında mühüm rol oynayır.

Qadınların ictimai fəallığı artır

Bu gün muxtar respublikada həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrinin davamlı şəkildə həyata keçirilməsi həm modernləşməyə, həm Naxçıvan qadınları üçün ictimai fəallığın artırılmasına, həm də bu sahədə yeni mərhələnin başlanmasına mühüm təkan verir.

Görülən işlər əminliklə deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bundan sonra da qadınların özünüməşğulluğunun təmin olunmasını diqqət mərkəzində saxlayacaq, qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib