MƏDƏNİYYƏT
Dövlət Rəsm Qalereyası “Global message” adlı virtual sərgi təşkil edəcək

Bakı, 20 may, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə mayın 22-də “Global message” adlı virtual sərgi təşkil olunacaq.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi rəssam Zaur Kantemirov tərəfindən yaradılan plakatlar vasitəsilə bütün dünyanı təsiri altına alan koronavirus (COVID-19) pandemiyasından insanları qorumaq, karantin qaydalarına əməl etmək və orijinal yanaşmanı göstərmək məqsədilə həyata keçirilir.
Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.
Qeyd edək ki, Zaur Kantemirov 1942-ci il avqustun 28-də Bakı şəhərində anadan olub. O, M.Əliyev adına Dövlət İncəsənət İnstitutunun məzunudur. Əməkdar rəssam çoxsaylı beynəlxalq, ümumittifaq və respublika sərgilərinin iştirakçısı və mükafatçısı olub. Həmçinin müstəqil Azərbaycanın ilk poçt markalarından birinin müəllifidir. Son illər şüşə materialını əsas hədəf götürərək bir çox layihələrə imza atıb. “Şüşə qəlbli” təxəllüsünü də elə bu işlərinə görə qazanıb.
Zaur Kantemirov 1992-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]