Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 26 yaşayış binası kompleksinin istismarına icazələr verib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 26 yaşayış binası kompleksinin istismarına icazələr verib

Bakı, 3 may, AZƏRTAC 

Mayın 3-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, iclası giriş nitqi ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bu gün ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət sayəsində yeni inkişaf dövrünü yaşadığını vurğulayıb.

Bildirib ki, həyata keçirilən məqsədyönlü iqtisadi və sosial islahatlar, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ilin əvvəlindən imzalanmış fərman və sərəncamlar insanların sosial rifah halının yaxşılaşdırılması, müxtəlif sahələrdə işin səmərəliliyinin artırılması və şəffaflığın təmin olunması, ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Ölkə başçısının rəhbərliyi ilə hökumətin reallaşdırdığı dövlət siyasətinin mərkəzində, ilk növbədə, Azərbaycan vətəndaşı və onun yüksək həyat keyfiyyətinin təmin olunması məsələsi durur.

Diqqətə çatdırılıb ki, iqtisadiyyatımızın əsas sahələrindən olan şəhərsalma və tikinti sektorunda da aparılan islahatlar bu məqsədə, o cümlədən əhalinin mənzil-məişət şəraitinin yaxşılaşmasına, sahibkarlığın inkişafına xidmət edir. Ölkədə şəhərsalma proseslərinin planlı və sistemli təşkili məsələlərinə xüsusi diqqət ayıran dövlət başçısının son müddət ərzində qəbul etdiyi qərarlar, verilmiş tapşırıqlar və onların icrası bunun əyani göstəricisidir.

S.Nuriyev vurğulayıb ki, ötən ilin son günlərində şəhərsalma proseslərinin tənzimlənməsi ilə bağlı qəbul olunmuş belə islahedici qərarlardan biri ölkə başçısının “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 28 dekabr tarixli Fərmanıdır. Fərmanın icrası ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən digər aidiyyəti dövlət qurumlarının dəstəyi ilə qısa müddət ərzində Bakı şəhəri üzrə ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üçün “bir pəncərə” prinsipi əsasında elektron müraciət sistemi hazırlanıb. Bu elektron sistem geniş ictimaiyyətə və iş adamlarına təqdim olunaraq 2019-cu ilin fevralın 21-də istifadəyə verilib.

Qeyd olunub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet portalında fəaliyyət göstərən yeni elektron müraciət sistemi şəhərsalma qanunvericiliyi ilə ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikililər və anbarların tikintisinə və istismarına icazələrin alınması prosesinin əlavə vaxt itirilmədən, sürətli, rahat və şəffaf formada icrasına şərait yaradıb. Nəticədə məmur-sahibkar ünsiyyəti minimuma endirilib, iş adamlarının vaxtına və xərclərinə əhəmiyyətli şəkildə qənaət etmək imkanı təmin edilib. Artıq bu günədək elektron müraciət sistemi vasitəsilə 10-larla tikinti obyektinin sifarişçisinin müvafiq icazələrin alınması üçün “bir pəncərə” prinsipi əsasında elektron formada müraciəti emal edilib, icazələr elektron qaydada verilib. Belə ki, sifarişçi qeyd olunan sistemə elektron qaydada müraciət edərək və tələb olunan sənədləri elektron formada yükləyərək 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər.

Bildirilib ki, ölkə başçısının qeyd olunan Fərmanını tam şəkildə icra etmək məqsədilə komitə tərəfindən işlər davam etdirilir. Cari ildə təkmilləşdirilmə işlərinin aparılması, tikintiyə icazə üçün elektron müraciət sisteminin təkcə paytaxt üzrə deyil, bütün ölkə üzrə xidmət göstərməsi nəzərdə tutulur. Ötən müddət ərzində komitənin aparatında və tabe qurumlarında bu məqsədlə müxtəlif təlimlər keçirilib, habelə mərhələli şəkildə respublikanın rayonlarının baş memarları ilə görüşlər təşkil olunub.

Qeyd edilib ki, maarifləndirmə və təlimatlandırma tədbirləri bundan sonra da davam etdiriləcək. Bununla yanaşı, yaxın gələcəkdə bu elektron portal vasitəsilə, həmçinin ekspertizası tələb olanan obyektlərin də tikintisinə və istismarına “bir pəncərə” prinsipi əsasında elektron icazələrin verilməsi planlaşdırılır.

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin bu il qəbul etdiyi daha bir mühüm qərar 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanıdır. Ölkə başçısının bu inqilabi Fərmanı Azərbaycanda humanizm prinsiplərinə əsaslanan sosialyönümlü dövlət siyasətinin daha bir təzahürüdür.

S.Nuriyev bildirib ki, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarının tikintisinin şəhərsalma qanunvericiliyinin tələblərinə tam riayət olunmadan aparılması səbəbindən həmin binaların rəsmiləşdirilməsində və sakinlərinin yaşadıqları mənzillər üzərində mülkiyyət hüquqlarının tanınmasında olan çətinlikləri nəzərə alaraq, dövlət başçısının imzaladığı bu inqilabi Fərman ölkə vətəndaşlarının hüquq və maraqlarının hər şeydən üstün olduğunu bir daha nümayiş etdirib. Fərmanla bir sıra dövlət qurumlarının vəzifələri müəyyənləşdirilib, belə binaların istismarına icazə prosedurunun və müddətinin optimallaşdırılması, bu sahədə şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə tapşırıqlar verilib.

Qeyd olunub ki, ötən müddət ərzində Fərmanın icrası ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən belə binaların dayanıqlığı və təhlükəsizliyi ilə bağlı təqdim olunmuş 26 müsbət rəy əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 26 yaşayış binası kompleksinin istismarına icazələr verilib. Bu da, Fərmanın icrasının hazırkı mərhələsində ümumilikdə 5 min 600-dən çox ailənin illər ərzində həlli mümkün olmayan probleminin artıq həll olunması deməkdir. Verilmiş icazələr barədə aidiyyəti dövlət qurumları dərhal məlumatlandırılır, komitənin internet portalında müvafiq məlumatlar yerləşdirilir, ictimaiyyət məlumatlandırılır.

Komitə sədri çıxışında, həmçinin ərazi planlaşdırılması sənədlərinin hazırlanması istiqamətində fəaliyyətə və Bakı şəhərinin Baş planının hazırlanması məsələsinə də toxunub. Bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanması prosesinin beynəlxalq təcrübəyə uyğun olaraq 2 mərhələdə təşkil edib.

S.Nuriyev xatırladıb ki, bu prosesin birinci mərhələsində əməkdaşlığa cəlb olunmuş nüfuzlu beynəlxalq məsləhətçi – “Boston Consulting Group” şirkətinin dəstəyi ilə Bakı şəhərinin inkişaf konsepsiyası hazırlanıb, habelə aparılmış hərtərəfli təhlil və hazırlıq işlərinin davamı olaraq 2018-ci ilin sonunda beynəlxalq şəhərsalma şirkətinin seçilməsi məqsədilə açıq tender elan edilib. Komitənin, aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarı ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma şirkəti seçilib. Bakının Baş planının hazırlanması işinin artıq başlanılmış ikinci mərhələsində komitə “Boston Consulting Group” və “AS+P” şirkətlərinin iştirakı ilə şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, eləcə də, əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparacaq.

Bildirilib ki, Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Baş plan şəhər ərazisi daxilində torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadə növlərini müəyyənləşdirir və növbəti 20 il ərzində şəhərin inkişafında iştirak edən bütün qurumlar tərəfindən bu istiqamətdə fəaliyyətdə rəhbər tutulacaq əsas sənəddir.

Nəzərə çatdırılıb ki, komitə tərəfindən əvvəlki illərdə hazırlanmış Şəmkir, Göygöl, Xaçmaz, Salyan, Masallı və Tovuz şəhərlərinin baş planları Nazirlər Kabineti tərəfindən 2019-cu ilin ilk rübündə təsdiqlənib. Hazırda Quba şəhərinin Baş planı layihəsi Nazirlər Kabinetinə təsdiq üçün təqdim edilib, Biləsuvar şəhərinin baş planının yekun layihəsinin aidiyyəti təşkilatlarla razılaşdırılması başa çatdırılıb. Eyni zamanda, komitənin sifarişi əsasında 2018-ci ilin sonunda hazırlanmasına başlanılmış daha 6 şəhərin – Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad və Kürdəmirin baş planları layihələrinin işlənməsi prosesi davam etdirilməkdədir.

Komitə sədri “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 avqust tarixli Fərmanına əsasən, şəhərsalmanın planlaşdırılması və tikintinin layihələndirilməsi sahəsində görülmüş işlərin əhəmiyyətini də vurğulayıb. Bildirib ki, son zamanlar tikinti sifarişçiləri ilə aparılan sıx əməkdaşlıq və maarifləndirmə işi nəticəsində hazırlanan və baxılması üçün komitəyə təqdim olunan yeni layihələrin keyfiyyətində, onların şəhərsalma qanunvericiliyinin tələblərinə və müvafiq normalara cavab verməsi baxımından müsbət dinamika müşahidə olunur. Ümumiyyətlə isə son müddət ərzində komitə tərəfindən respublika üzrə 176 şəhərsalma əsaslandırılması təsdiq olunub, bunlardan 89-u Bakı şəhərinin ərazisində reallaşdırılacaq layihələri əhatə edir.

S.Nuriyev, həmçinin qeyd edib ki, bu gün komitədə gənclərin mənəvi inkişafı və mütəxəssis kimi formalaşması istiqamətində də işlər aparılır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəal tələbələri ilə görüşlər keçirilir, onların komitənin fəaliyyət sahəsinə aid mövzularda maarifləndirilməsi, məşğulluq strategiyasına uyğun olaraq sosial fəallığının artırılması və təhsil aldıqları ixtisaslara uyğun olaraq müvafiq vakansiyalar üzrə dövlət qulluğuna cəlb olunmaları üçün şərait yaradılır. Həmçinin tikinti və şəhərsalma sektorunda maraqlı olan gənclərimiz Azərbaycan Respublikasının “Könüllülük fəaliyyəti haqqında” Qanununa müvafiq olaraq könüllülük fəaliyyətinə cəlb edilməklə müxtəlif layihələrdə ictimai işlərə yönəldilir, onların komitədə vətəndaşlara xidmət vərdişlərinə, iş təcrübəsinə yiyələnmələri təmin olunur.

Daha sonra komitənin sədr müavini Dövlətxan Dövlətxanov, beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud və dövlət şəhərsalma kadastrı şöbəsinin müdiri Rəşad İsmayılovun 2019-cu ilin birinci rübündə aidiyyəti sahələr üzrə fəaliyyətə dair hesabat məruzələri ilə çıxış ediblər.

İclas çərçivəsində, komitənin kollegiyası tərəfindən ötən illər ərzində təsdiq olunmuş bir sıra layihələndirmə və tikinti normalarında Azərbaycan Respublikasının aidiyyəti qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar zəruri dəyişikliyin edilməsi barədə qərar qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib