CƏMİYYƏT
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə və işə qəbul elan edir
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə və işə qəbul elan edir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmətə zabit, gizir qismində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq üçün həkim-ümumi cərrah, həkim-otorinolorinqoloq, həkim-epidemioloq, həkim-terapevt, həkim-infeksionist, həkim-rentgenoloq, həkim-statistik, həkim-travmatoloq-ortoped, həkim-anestezioloq-reanimatoloq ixtisasları üzrə tibb təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər.
Kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş, fiziki cəhətdən sağlam və Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.
Xidmətə və ya işə qəbul olmaq istəyən kişi və qadın namizədlər DSX-nin Aparatına və ya yaxınlıqdakı hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.
Əlavə məlumat üçün: Bakı şəhəri, Z.Əliyeva küçəsi 30 ünvanına müraciət etmək olar. Əlaqə telefonu: (012) 493-62-47.