MƏDƏNİYYƏT


Dövlət Simfonik Orkestrinin yeni ildəki ilk konsertində Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndiriləcək

Bakı, 8 yanvar, AZƏRTAC

Yanvarın 11-də Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək konsertin solisti beynəlxalq müsabiqələr laureatı İsrafil Səlimov (truba) olacaq.

Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə baş tutacaq konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının yaradıcılığına müraciət ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.