CƏMİYYƏT
Dövlət Sosial Müdafiə Fondu bu gündən sosial mediaya açıq olacaq
Bakı, 1 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabrın 1-dən vətəndaş müraciətlərini özünün yeni fəaliyyətə başlayan “Facebook”, “Instagram”, “Telegram” və “Twitter” sosial səhifələri vasitəsilə də cavablandıracaq.
www.facebook.com/dsmf.sosial.gov.az/
www.instagram.com/dsmf.sosial.gov.az/
səhifələri vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və digər sosial təminat növləri üzrə ödənişlər, sosial sığorta məsələləri, fərdi uçot və s. aid suallarını DSMF-yə ünvanlaya bilərlər.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun şəkildə izahatlar veriləcək. Araşdırma tələb edən müraciətlər isə müvafiq qaydada baxılaraq nəticəsinə uyğun tədbirlər görüləcək və müraciət edən vətəndaşlar bu barədə məlumatlandırılacaq.
Sosial şəbəkə səhifələrində DSMF-nin fəaliyyəti, bu sahədəki yeniliklər də ictimaiyyətə təqdim ediləcək.