CƏMİYYƏT
Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükü elan edilib
Bakı, 25 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2020-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükünü elan edir.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Muğan” ASC, “Aveta” MMC, “Karat-Holdinq” MMC-nin Şəki bölməsi, “Pak-Nur” MMC, “Xırman” MMC, “Saf Ekspress Aqro” MMC, “Azəri-Arapoğlu” US T.LTD BM, “Sarı Sünbül” firması, “Dəvəçi-Dəyirman” MMC və Ağstafa Aqrar Sənaye Kompleksi müəssisələri vasitəsilə 2020-ci il iyunun 29-dan sentyabrın 1-nə kimi İqtisadiyyat Nazirliyinin təklifi nəzərə alınmaqla yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 380 manat olmaqla (taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər), Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək:
I. Dənin naturası (bir litrlik purkalarda qramla): buğda üçün – 750 q/l-dən az olmamaqla.
II. Alaq otları (zibil) qarışığı (faizlə) buğda üçün – 2 faizdən çox olmamaqla.
III. Dən qarışığı (faizlə): buğda üçün – 5 faizdən çox olmamaqla.
IV. Nəmlik (faizlə): bütün bitkilər üçün – 13,0 faizdən çox olmamaqla.
V. Yapışqanlıq: 3-cü sinif buğda üçün – 23 faizdən az olmamaqla
yapışqanlığın keyfiyyəti – 2-ci qrupdan aşağı olmamaqla (göstərici: 65-75)
VI. Şüşəvarilik: 3-cü sinif buğda üçün – 40 faizdən az olmamaqla.
VII. İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad – yol verilmir.
VIII. Sürmə ilə sirayətlənmiş dənlər – yol verilmir.
IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə - yol verilmir.
X. Digər əlamətlər (göstəricilər) – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) – yol verilmir.
Bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.
Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (9:00-dan 18:00 -a kimi): “Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şosesinin 51-ci kilometrliyi, tel: 050-496-45-45;
“Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;
“Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şosesi, tel: 012-342-90-04; 050-585-84-08, 070-585-84-08;
“Karat-Holdinq” MMC: Xirdalan şəhəri, Samaxı şosesi-23, tel: 050-222-38-36;
“Karmen” MMC: Abşeron rayonu, Yeni Samaxı şosesi-23, tel: 050-265-80-75;
“Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel: 050-320-64-54;
“N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. tel: 012-566-00-44; 050-214-72-81;
“Muğan” ASC, Bakı şəhəri, Əli bəy Hüseynzadə küçəsi, tel: 012-596-50-74, 012- 497-43-58, 050-322-12-75;
“Aveta” MMC: Kürdəmir şəhəri, Bakı prospekti 6, tel: 050-200-11-87;
“Karat-Holdinq” MMC-nin Şəki bölməsi, tel: 050-613-53-69;
“Pak-Nur” MMC: Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi, tel: 050-220-82-55; 055-220-82-55;
“Xırman” MMC: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;
“SAF Ekspress Aqro” MMC: Xırdalan şəhəri, tel: 050-630-65-92;
“Azəri-Arapoğlu” US və T.LTD BM, Gəncə şəhəri, tel: 050 222 65 22;
“Sarı Sünbül” firması, Giləzi, tel: 050-212-29-66;
“Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;
Ağstafa Aqrar Sənaye Kompleksi, Ağstafa şəhəri S.Vurğun, tel: 050-270-93-03, 050-264-88-38.
Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti və uyğunluq sertifikatı könüllülük prinsipi əsasında təqdim edilə bilər. 2018-ci il iyulun 1-dən buğda məhsulu istehsalçılarının qeydiyyata alınmaları üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri tövsiyə edilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.
Təqdim edilən buğda nümunələrində keyfiyyət analizləri ödənişsiz əsaslarla aparılacaq.
Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə 112 - qaynar xəttinə müraciət etmək olar.