REGİONLAR


Dövlət Yol Polisi Masallıda reyd keçirib

Masallı, 15 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunda avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə növbəti reyd keçirilib.

Reyd zamanı sürücülərlə bir daha izahat işləri aparılıb və onların diqqətinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Reyd zamanı müəyyən olunmuş standartlara cavab verməyən avtonəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.