ELM VƏ TƏHSİL


Dövlət orqanlarında 495 vakant vəzifənin tutulması üçün müsahibə davam edir

Bakı, 28 yanvar, AZƏRTAC

Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

AZƏRTAC DİM-in yanvarın 28-i saat 16:30-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 175 nəfər uğur qazanıb. Onlardan 91-i Qida Təhlükəsizliyi Agentliyində, 24-ü Təhsil Nazirliyində, 19-u Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18-i Maliyyə Nazirliyində, 17-si Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, 3-ü Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində, 1-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 1-i Milli Televiziya və Radio Şurasında, 1 nəfər isə Masallı Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 3704 nəfər sənəd verib. Müsahibə mayın 4-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.