İQTİSADİYYAT


Dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 97,7122 AZN (9.9000 faiz) və 103,1555 AZN (7.8000 faiz) olan 11 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98,7462 (9.4900 faiz), orta ölçülmüş qiyməti 100,2211 (8.9143 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 26,034,300 AZN, yerləşdirilmiş həcmi isə 15 milyon AZN təşkil edilib. İstiqrazlar 2022-ci il iyunun 22-də ödəniləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.