ELM VƏ TƏHSİL


Dövlət qulluğu imtahanında uğur qazanmış namizədlər sertifikatlarını ala bilərlər

Dövlət qulluğu imtahanında uğur qazanmış namizədlər sertifikatlarını ala bilərlər

Bakı, 3 fevral, AZƏRTAC

Dövlət qulluğuna qəbul üzrə 2022-ci il dekabrın 18-də keçirilmiş test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, DİM tərəfindən dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanmış namizədlər sertifikatlarını ala bilərlər. Namizədlər şəxsiyyəti təsdiq edən sənədlə DİM-in akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra sertifikatlarını növbəti həftə ərzində əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.