ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə müsahibədə indiyədək 187 nəfər uğur qazanıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

AZƏRTAC DİM-in sentyabrın 12-si saat 11:00-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 187 nəfər uğur qazanıb. Onlardan 64-ü Dövlət Statistika Komitəsində, 33-ü Kənd Təsərrüfatı Nazirliyində, 21-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 14-ü Gənclər və İdman Nazirliyində, 11-i Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 10-u Energetika Nazirliyində, yerdə qalanlar isə məhkəmə orqanlarında müxtəlif vəzifələrə uyğun biliniblər.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2710 nəfər sənəd verib. Müsahibə oktyabrın 7-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.