ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə test imtahanında iştirak üçün 220-dən çox namizəd müraciət edib

Bakı, 22 yanvar, AZƏRTAC

Dövlət qulluğunun A (inzibati rəhbər) və B (inzibati icraçı) növü üzrə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan olunmuş test imtahanında iştirak üçün qeydiyyat davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu gün saat 12:40-a olan məlumata görə, inzibati rəhbər vəzifələr üzrə yanvarın 25-də keçiriləcək test imtahanında iştirak etmək üçün 47 nəfər (AA - 2, AB - 12, AC - 33) qeydiyyatdan keçib. Qeydiyyat yanvarın 24-də yekunlaşacaq.

İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak üçün isə 175 nəfər (BA - 44, BB - 131) ərizəsini təsdiqləyib. Qeydiyyat fevralın 6-da başa çatacaq.

İmtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. Kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.