ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbul üçün müsahibədə 51 namizəd uğur qazanıb
Bakı, 26 avqust, AZƏRTAC
Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.
Avqustun 26-sı saat 12:50-yə olan məlumata görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 51 nəfər uğur qazanıb. Onlardan 23 nəfər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, 16 nəfər Əmlak Məsələləri Dövlət Komitəsində, 5 nəfər Əqli Mülkiyyət Agentliyində, 4 nəfər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində, 2 nəfər İsmayıllı Rayon Məhkəməsində, 1 nəfəri isə Şirvan Apellyasiya Məhkəməsində müxtəlif vəzifələrə uyğun biliniblər.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iyulun 29-dan başlanan müsahibələr noyabrın 5-də yekunlaşacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.
Qeyd edək ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.