ELM VƏ TƏHSİL
Dövlət qulluqçuları müsahibənin keçirilmə qaydalarına dair məlumatlandırılıb
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil olunub.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, təlimdə Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları iştirak ediblər.
Təlimdə iştirakçılara müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilib, müsahibə prosesi zamanı baş verməsi mümkün olan bəzi fövqəladə hallar zamanı hansı addımların atılmasının məqsədyönlü olacağı məsələləri müzakirə edilib. Həmçinin təlim iştirakçılarına dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi, habelə müsahibənin nəticəsindən apellyasiya şikayətlərinə baxılması qaydası barədə ətraflı məlumat verilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.