SİYASƏT


Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, sənəddə Dövlət İdarəçilik Akademiyasında dövlət qulluğunun aktual problemlərinə dair elmi-praktik konfransın keçirilməsi, Dövlət Statistika Komitəsi tərəfindən müvafiq statistik məlumatların dərc edilməsi, yerli icra hakimiyyətlərində tədbirlərin təşkil olunması, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında ölkə ictimaiyyətinin məlumatlandırılması, dövlət orqanlarında uzun illər səmərəli fəaliyyət göstərən dövlət qulluqçularının orden, medal və fəxri adlarla təltif edilməsi, dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi barədə təkliflərin hazırlanması kimi məsələlər öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.