Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Dövlətimizin güc və diplomatiyadan zamanında və yerində istifadə etməsi həm meydanda, həm də masada uğurlu nəticələr verir

Dövlətimizin güc və diplomatiyadan zamanında və yerində istifadə etməsi həm meydanda, həm də masada uğurlu nəticələr verir

Bakı, 14 oktyabr, AZƏRTAC

Hazırkı vəziyyəti dəyərləndirsək Ermənistanın həm hərbi, həm də siyasi sahədə məğlubiyyətə uğradığını asanlıqla sezmiş olarıq. Bu gün həqiqətən də təmas xətti yoxdur, status-kvo Azərbaycanın lehinə dəyişib və Ermənistan rəhbərliyi “imdad diplomatiyasını” sürdürməkdədir. Bununla belə mövcud vəziyyətin daha müfəssəl elmi dəyərləndirilməsini həyata keçirmək üçün beynəlxalq münasibətlərin nəzəri-konseptual yanaşmalarına əsaslanmaq labüddür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidov deyib. O bildirib: “Oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində müzəffər Azərbaycan ordusunun növbəti zəfərlərindən və işğaldan azad edilmiş yeni ərazilərdən bəhs etdi. Prezidentimiz çıxışında düşmənin təşviş içərisində geri çəkildiyini və şanlı Azərbaycan ordusunun cəbhənin bütün istiqamətlərində mövqelərini möhkəmləndirdiyini bildirdi. Eyni zamanda, Ermənistan rəhbərliyinə son şans verildiyini bildirən ölkə başçısı Paşinyana bu imkandan yararlanaraq danışıqlarda konstruktiv mövqe sərgiləməyi tövsiyə etdi. Prezident çıxışının yekununda artıq təmas xətti deyilən anlayışın olmadığını və status-kvonun dəyişdirildiyini xüsusilə vurğuladı. Bu nüansın əhəmiyyətini bir az irəlidə açıqlayacağam, hələlik isə həmin gün baş verən daha bir önəmli hadisənin – Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında baş tutan danışıqlar və bu danışıqların nəticəsinə diqqəti yönəltmək istərdim. Nə az, nə çox, düz 11 saat davam edən bu danışıqların nəticəsində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov tərəfindən humanitar atəşkəslə bağlı bəyanat səsləndirildi. Azərbaycan tərəfinin bu atəşkəsə razılıq verməkdə əsas məqsədi Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistana son bir şans vermək və eyni zamanda, beynəlxalq ictimaiyyətə bir daha Azərbaycanın sülh və danışıqlara önəm verdiyini nümayiş etdirmək idi. Bununla belə onu da vurğulamalıyıq ki, bu atəşkəs, eyni zamanda, Ermənistan rəhbərliyinə də gərəkli idi. Panika və təşviş içərisində olan, başının üzərindəki “Damokl qılıncı”nı görməyə başlayan Nikol Paşinyan müharibə başlayandan etibarən öz sərsəm ritorikası ilə “Azərbaycana Suriyadan döyüşçülər gəlir”, “Türkiyə Azərbaycana yardım edir” kimi psevdo iddialar irəli sürərək dünya ictimaiyyətini münaqişəyə cəlb etməyə cəhd göstərmiş, eyni zamanda, müxtəlif dünya liderlərinə zənglər edərək onlardan yardım dilənməklə, onlara yalvarmaqla məşğul olmuşdur. Paşinyanın bu fəaliyyətinə istinad edərək diplomatiya lüğətinə yeni bir terminin “yalvarış diplomatiyası” (Pleading diplomacy) daxil olacağını istisna etməsək də, bu cür “diplomatiyanın” (buna diplomatiya demək olarsa) nə qədər alçaldıcı və rəzil olduğunu və Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkənin imicinə yalnız zərər vurduğunu vurğulamalıyıq.

Humanitar atəşkəsin razılaşdırılmasına baxmayaraq atəşkəsdən bir neçə saat sonra Ermənistanın Azərbaycanın Ağcabədi, Ağdam və Tərtərdə yerləşən mülki infrastrukturlarına və mülki əhalisinə qarşı artilleriya, iri çaplı silahlar və raket zərbələri ilə həyata keçirdiyi hücumlar növbəti dəfə Ermənistan hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüququn başlıca norma və prinsiplərinə, o cümlədən razılaşmalara məhəl qoymadığını nümayiş etdirmiş oldu. Növbəti gün düşmən Ermənistanın Azərbaycanın ən iri su anbarının yerləşdiyi Mingəçevir şəhərini hədəfə alması və Gəncə şəhərindəkı yaşayış binalarına raket zərbələri endirməsi (bu hücum nəticəsində 10 nəfər mülki vətəndaş həlak olmuş, 34 nəfər isə ağır yaralanıb) Ermənistan rəhbərliyinin terrorçu xislətini bir daha göstərmiş oldu. Bəli, Gəncənin mülki şəxslərinin bilərəkdən hədəfə alınması beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə terror aktı olaraq qiymətləndirilməli və buna görə Ermənistan rəhbərliyi hüquqi məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Ermənistan rəhbərliyinin bu cür əməlləri 3-cü Reyxin nasist liderlərinin və Yuqoslaviyanın hərbi-siyasi rəhbərliyinin törətdiyi cinayətlərlə eynilik təşkil edir. Bu baxımdan Nürnberq məhkəməsi və Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalına oxşar bir institutun yaradılması və Ermənistanın hərbi-siyasi rəhbərliyinin orada mühakimə edilməsi labüddür.

Bu gün Azərbaycan ordusunun öz torpaqlarında həyata keçirdiyi hərbi əməliyyatları, dövlətimizin başçısının da vurğuladığı kimi məhz sülhə məcburetmə əməliyyatı adlandıra bilərik. Məşhur isveçli politoloq Svante Kornellin qeyd etdiyi kimi, regionda sülh və təhlükəsizliyə ən böyük təhdid məhz Ermənistandır. Azərbaycan torpaqlarına qəsd edərək beynəlxalq hüququn bütün norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın siyasi kursunun bu cür qiymətləndirilməsi, fikrimizcə, düzgün və ədalətlidir. Bu baxımdan uzun illər beynəlxalq hüququn prinsip və normalarını, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini gözardı edən və eyni zamanda danışıqlar prosesinə destruktiv yanaşan Ermənistan rəhbərliyinin təcavüzkar ritorikasına qarşı Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi anlaşılandır.

Moskva razılığından sonra Prezident İlham Əliyevin də vurğuladığı kimi, hərbi əməliyyatların ilk mərhələsi bitmiş və danışıqlar mərhələsi başlamışdır. Bəzi tədqiqatçılar danışıqlar mərhələsinə skeptik yanaşsalar da, əslində bu mərhələdə də yəni, hazırkı şəraitdə masada da Azərbaycanın siyasi üstünlüyünü sezmək olar. Biz bu gün, hərbi zəfərlərimizin Azərbaycanın mövqeyini danışıqlar masasında da möhkəmləndirdiyini görə bilərik. Dünənə kimi “Qarabağ Ermənistandır”, “Dağlıq Qarabağ Respublikası danışıqlarda 3-cü tərəf olaraq iştirak etməlidir” deyən, “yeni ərazilər üçün yeni müharibə” adlı təcavüzkar bir hərbi doktrina elan edən Paşinyan rejimi Moskva görüşündən sonra danışıqların baza prinsiplərinə sadiq qalacağını bildirdi və danışıqların əvvəlki formatının dəyişməyəcəyi ilə razılaşmalı oldu. Paşinyanın sərsəm ritorikasının 180 dərəcə dəyişməsinə səbəb olan başlıca amili Azərbaycan ordusundan aldığı sarsıdıcı zərbələr adlandırsaq yanılmarıq. Bu mənada Prezident İlham Əliyevin də vurğuladığı kimi, artıq şərtləri Azərbaycan tərəfi qoyur və Paşinyan bu şərtlərə tabe olmağa məcburdur. Digər tərəfdən bir nüans da qeyd olunmalıdır ki, Moskva razılaşması heç bir hüquqi əsas daşımır və humanitar atəşkəs rejiminin müddəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin addımlarından asılıdır. Əgər Paşinyan rejimi atəşkəs rejimini pozmağa davam edərsə və danışıqlar masasında konstruktiv mövqe nümayiş etdirməyəcəksə, o zaman hərbi əməliyyatların yenidən başlanması istisna olunmur. İstənilən halda Azərbaycan rəhbərliyi bu danışıqlara razılıq verməklə Ermənistana bir növ mərhəmət edərək sonuncu şansı verdi desək yanılmarıq. BMT Baş Assambleyasının 1999-cu il 20 yanvar tarixində qəbul etdiyi 53/101 saylı qətnaməyə əsasən, danışıqlar beynəlxalq münaqişələrin həlli üçün ən effektiv yoldur. Bu baxımdan Azərbaycan növbəti dəfə beynəlxalq hüququn prinsiplərinə riayət etdiyini və sülhpərəst bir dövlət olduğunu nümayiş etdirmiş oldu. Bununla belə Ermənistan tərəfi riyakar siyasətinə davam etdirəcəyi təqdirdə Azərbaycan ordusu sülhə məcburetmə əməliyyatını davam etdirəcək.

Nəticə etibarı ilə onu deyə bilərik ki, xarici siyasətdə başlıca hədəflərə nail olmaq üçün güc və diplomatiyadan zamanında və yerində effektiv şəkildə istifadə etmək zəruridir. Bu baxımdan dövlətimizin güc və diplomatiyadan zamanında və yerində istifadə etməsi həm meydanda, həm də masada uğurlu nəticələr verir. Azərbaycan rəhbərliyi hərbi sahədə əldə etdiyi zəfərləri, diplomatik sahədə daha da irəlilətməyi nəzərdə tutan səmərəli bir strategiya seçib. Bu strategiyanın regional güclərin və beynəlxalq ictimaiyyətin mövqeləri də nəzərə alınaraq seçilməsi xüsusilə vurğulanmalıdır. Bugünkü vəziyyət onu göstərir ki, Ermənistan ordusu, həqiqətən də Azərbaycan ordusu qarşısında, Azərbaycan şəhidləri qarşısında diz çöküb. Prezident İlham Əliyevin də vurğuladığı kimi şəhidlərin qisası alınır və alınacaq. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib