İQTİSADİYYAT


Dövlətlərarası Aviasiya Komitəsi Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar bəyanat yayıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Dövlətlərarası Aviasiya Komitəsi (IAC) raket və digər silahlanma növlərindən istifadə edilməklə Dağlıq Qarabağdakı yaranmış vəziyyətlə əlaqədar beynəlxalq uçuşları həyata keçirən təyyarələrin, onların uçuş heyətləri və sərnişinlərinin, habelə yerdəki mülki obyektlərin təhlükəsizliyi ilə bağlı dərin narahatlığını bildirir.

AZƏRTAC xəbər verir ki, IAC bəyanatında yaranmış vəziyyətlə əlaqədar qısa müddətdə aşağıdakıları etməyi təklif edir:

- münaqişə zonasında silahların taktiki və texniki xüsusiyyətləri nəzərə alınmaqla beynəlxalq hüquq normalarının qeyd-şərtsiz yerinə yetirilməsinə və mülki hava gəmilərinin hava hücumundan müdafiə vasitələri ilə vurulmasının qarşısının tam alınmasına, habelə mülki obyektlərin və aerodromların raketlər və digər vasitələrlə məhv edilməsinə qarşı yönələn bir sıra tədbirlər görmək;

- beynəlxalq uçuş sahələrində təhlükəsizliyi təmin etmək üçün müvafiq hava naviqasiya xidməti təminatçıları və Müdafiə nazirlikləri ilə koordinasiya və qarşılıqlı əlaqəni təmin etmək;

- Cənubi Qafqaz bölgəsindən uçuşları yerinə yetirən aviaşirkətlərin mülki təyyarə reyslərinin münaqişə zonaları üzərində və ya yaxın ərazilərdə təhlükəsizliyini təmin etmək üçün risk faktorlarını qiymətləndirmək və risk zonalarından qaçmaq üçün müvafiq bildirişləri ciddi şəkildə izləmək və yerinə yetirmək;

- Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) çərçivəsində yaranmış münaqişə vəziyyətlərini vaxtında həll etmək, həmçinin mülki aviasiya təyyarələri üçün təhlükə yaradan, eyni zamanda, ICAO-nun mülki aviasiya və bütövlükdə aviasiya təhlükəsizliyi sahəsində tövsiyələri və qərarlarının düzgün yerinə yetirilməsinə nəzarət etmək üçün aidiyyəti dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən daimi fəaliyyət göstərən bir qurum yaratmaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.