Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Döyüş meydanında qazandığımız qələbə Ağdam və Kəlbəcər rayonlarının siyasi yolla azad olunmasını təmin etdi

Döyüş meydanında qazandığımız qələbə Ağdam və Kəlbəcər rayonlarının siyasi yolla azad olunmasını təmin etdi

Sumqayıt, 30 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Noyabrın 20-də Ağdam, noyabrın 25–də isə Kəlbəcər rayonu bir güllə belə atılmadan və şəhid vermədən işğaldan azad edildi. Laçın rayonunun işğalçılardan tam boşaldılması isə dekabrın 1-də baş tutacaq. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan birgə bəyanata uyğun olaraq bu rayonlarımızın qrafik üzrə azad olunması bizim böyük siyasi uğurumuzdur. Bütün bunları şərtləndirən əsas amil bizim düşmən üzərində möhtəşəm Qələbə çalaraq onu kapitulyasiyaya məcbur etməyimizdir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Emin Hacıyev bildirib.

Deputat qeyd edib ki, hərbi zəfərimiz olmasaydı, bu siyasi qələbəmiz də mümkün olmazdı. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin Kəlbəcərin azad olunması ilə bağlı xalqa müraciətində bildirdiyi kimi, “Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı”. Beləliklə, Azərbaycan döyüş meydanında, informasiya məkanında və siyasi müstəvidə Qələbə qazandı.

“Bu gün Azərbaycana böyük Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, müdrik və uzaqgörən siyasəti, qətiyyəti sayəsində Azərbaycan Ermənistanın 30 il davam edən bütün bu işğalçılıq siyasətinə son qoyaraq, öz ərazi bütövlüyünü təmin etdi” - deyən E.Hacıyev qeyd edib ki, Kəlbəcərin işğaldan azad olunması, həmçinin BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasının təmin olunması deməkdir.

O, işğaldan sonra ərazidə qeyri-qanuni məskunlaşdırılan ermənilərin Kəlbəcəri təhlükəsiz şəkildə tərk etməsi, bütün əşyalarını götürməsi üçün lazımi şərait yaradıldığını bildirib. Hansı ki, 1993-cü il aprelin 2-də Kəlbəcər Ermənistan tərəfindən işğal olunan zaman azərbaycanlılar öz yurd-yuvalarından ayaqyalın qovulmuş, zorakılıqlara məruz qalmış, onlar arasında həlak olan, yaralanan, itkin düşənlər olmuşdu. Budur Azərbaycan və Ermənistan arasındakı daha bir fərq. Məlumdur ki, ermənilər Kəlbəcəri tərk edərkən evləri, meşələri yandırıb, suları çirkləndirərək ekoloji terror törədiblər. Həmçinin düşmən illərdir tarixi-mədəni irsimizə qarşı vandallıq edib, məscidlərimizi dağıdıb, yerlə-yeksan edib. Maraqlıdır ki, bütün bunları, o cümlədən Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərindəki mənzərəni, erməni vandallığını görməzdən gələn bəzi Qərb dairələri işğaldan azad edilmiş ərazilərimizdəki qədim Qafqaz Albaniyasına aid olan tarixi abidələrin, kilsələrin taleyindən narahatlıq ifadə etməkdədir. Lakin onlar unudurlar ki, Azərbaycan multikulturalizm, tolerantlıq, dinlərarası münasibətlərlə bağlı yürütdüyü siyasətə görə bütün dünyaya nümunədir.

“Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərin azad olunması ilə bağlı təbrik çıxışında Kəlbəcərdə, eləcə də işğaldan azad edilən başqa rayonlarda quruculuq-bərpa işlərinin anonsunu verdi. Kəlbəcərin təbii sərvətləri xalqımıza, rayonun iqtisadiyyatının dirçəlməsinə, turizmin inkişafına xidmət edəcək. 24 min hektarlıq meşə fondu daha qiymətli ağaclarla zənginləşdiriləcək. Yollar çəkiləcək, yeni yaşayış massivləri salınacaq. Kəlbəcər ərazisi həm şirin, həm də mineral su ehtiyatları ilə zəngindir. Tərtər çayı, Bazarçay, Xaçınçay, Böyük və Kiçik Alagöllərin Azərbaycanın nəzarətinə qaytarılması bizə su ehtiyatları məsələsində xeyli yeni imkanlar açır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Emin Hacıyev qeyd edib ki, Azərbaycan Albaniyasına aid olan xristian məbədləri, İslam mədəni irsinin nümunələri, qalalar, körpülər burada tarixi turizmin, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları müalicə turizminin, rayonun aşıq sənətinin mərkəzlərindən biri olması mədəni turizmin, yüksək dağ zirvələri dağçılığın inkişaf etdirilməsinə imkan verəcək. Eyni zamanda, Kəlbəcərdə böyük kənd təsərrüfatı potensialı da var.

Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması ilə bağlı çıxışında bildirib ki, Kəlbəcərdə kənd təsərrüfatı, xüsusilə heyvandarlıq inkişaf edəcək: “Bizim orada böyük otlaq sahələrimiz var”. Nəhayət, Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 - Ağyataq, Levça, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları var. Eyni zamanda, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı var. Bütün bunlar o deməkdir ki, Kəlbəcər iqtisadi inkişaf baxımından ən münasib ərazilərdən biridir.

Deputat bildirib ki, 44 gün davam edən müharibə tarixi ədalətin bərpa olunması ilə nəticələndi. Ermənistan məğlub, Azərbaycan isə bütün müstəvilərdə qalib. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO