DÜNYA


Drezdendə qatilin məhkəməsi başlanıb, Xemnitsdə neonasistlər toplanış keçirir

Berlin, 18 mart, AZƏRTAC

Drezden əyaləti ali məhkəməsinin binasında suriyalı caninin məhkəmə prosesi başlanıb.

AZƏRTAC xəbər verir ki, bu şəxs yarım il bundan əvvəl Xemnits şəhərində 35 yaşlı bir Almaniya vətəndaşını qətlə yetirib, daha iki nəfəri bıçaqla yaralayıb. O, ağırlaşdırıcı hallar olmadan qəsdən adamöldürmədə ittiham edilir. Qaçqın statusu almaq üçün müraciət etmiş bu şəxs cinayəti bir İraq sakini ilə birlikdə törədib. Həmin iraqlını polis hələlik tuta bilməyib.

Məhkəmə iclası güclü mühafizə şəraitində keçirilir.

Xemnits şəhərinin özündə isə bu gün neonasistlərin aksiyası gözlənilir. Onlar özlərinin lideri Tomas Hallerin dəfninə toplaşıblar.

Vüqar Seyidov

AZƏRTAC –ın xüsusi müxbiri

Berlin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.