Dubay polisində virtual məhkəmə zalı açılıb
Dubay, 30 yanvar, AZƏRTAC
Xırda maliyyə cinayətləri barəsində işlər üzrə şübhəli bilinənlər vaxta qənaət etmək üçün məhkəmədə videokonfrans formatında iştirak edə bilərlər.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bunu Dubay polisinin cinayət araşdırmaları departamentinin direktoru Camal Səlim Al-Cəllaf bildirib. O deyib ki, yeni elektron sistemin mühakimə prosesinə tətbiqi məhkəmə proseslərinin gedişini sürətləndirəcək. Cəllafın sözlərinə görə, polis öz fəaliyyətində ən müasir elmi-intellektual platformalardan istifadə edir.
Bildirilir ki, virtual məhkəmə zalı Dubay polisinin axtarış şöbəsində açılıb. Bu format ödənilməmiş çeklər və s. kimi xırda maliyyə cinayətləri törətmiş şəxslər üçün məhkəmə istintaqını sürətləndirməyə xidmət edir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]